İdarədə heç kəs yoxdur, telefonlara şikayətçi cavab verir - Bakıda dövlət qurumunda kuryoz hadisə
Neçə gündür ki, Cebhe.info əməkdaşı bu suala cavab tapmaq üçün Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsa da, cəhdləri baş tutmayıb. Bu gün yenidən BŞİH-nin Yaşıllaşdırma Təsərrüfatı Birliyi ilə əlaqə saxladıqda isə qəribə hadisə baş verib. Nəhayət ki, telefona cavab verən tapılıb. Sualı səsləndirəndə isə məlum olub ki, dəstəyi götürən şəxs cavab vermək səlahiyyətində deyil. O, sadəcə şikayətçidir və şikayətə gəldiyi idarədə, müraciət üçün getdiyi otaqda heç kim olmadığı üçün dəstəyi qaldırmalı olur.
Belə bir ilginc olayın məhz Bakı meriyasında baş verməsi təəccüblü deyil. Ən azından çox hörmətli Hacıbala müəllimin öz işçilərini seçməkdə sərbəst olduğunu gözəl bilirik. Kabinetini şikayətçiyə əmanət edən məmuru da cənab Abutalıbov seçib...

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək