XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Bakıda ögey oğul atanın 2 milyonluq mülkünü satıb - Film kimi olay

Bakıda ögey oğul atanın 2 milyonluq mülkünü satıb - Film kimi olay

Bakıda ögey oğul atanın 2 milyonluq mülkünü satıb - Film kimi olay
3-08-2017, 14:38

Bir müddət öncə mühafizəçilərlə birlikdə marketdə qarşıdurma yaradan, market əməkdaşlarını zor gücünə çıxartmaq tapşırığı verməkdə ititham edilən və bununla əlaqədar həbs edilən iş adamı Azadxan Xanməmmədovun əməllərindən daha bir şəxs şikayətçidir.

Azadxan Xanməmmədov, həyat yoldaşı Əsmər Fətullayeva və digər şəxslər tərəfindən qanunsuz olaraq ələ keçirilən, mübahisəli başqa bir obyektin əsl sahibi Poladxan Məmmədkərimov müraciət edib.

Poladxan Məmmədkərimov bildirib ki, 20 il öncə tikdiyi böyük bir obyekt əvəvlcə birgə yaşadığı qadın tərəfindən ələ keçirilib: “Mən 1998-ci ildə Suraxanı rayonunda 1000 kvadratmetrlik ofis tikdirdim. 2002-ci ildə xəstəliyimlə bağlı Türkiyəyə getdim, 6 il orda qalaraq daimi müalicə olundum.

1997-ci ildə həyat yoldaşım vəfat edəndən sonra Afət Abdullayeva ilə birgə yaşamağa başladıq, onun Ceyhun və Şahin adlı iki oğlu var idi. Mənim də Faiq adlı bir oğlum. 2008-ci ildə Türkiyədən qayıdandan sonra öyrəndim ki, Afət mənim öldüyüm barədə hər yerdə məlumat yayıb, bu adla saxta sənəd də düzəltdirib. Sonra da həmin sənəd əsasında özünü varis kimi təqdim edərək bütün əmlakımı ələ keçirib. Şüvəlan qəsəbəsindəki evimi də saxta sənədlərlə banka girov qoyub 150 min dollar götürüb. Bundan başqa da 3 hektar torpağımı satmışdı. Mən məhkəməyə müraciət etdim. 2010-cu il dekabrın 14-də Ali Məhkəmə qərar çıxartdı ki, Şüvəlandakı ev mənə qaytarılsın. Dekabrın 15-də isə Apellyasiya Məhkəməsi Afətə saxlanca verilən ofisin və torpağın mənə qaytarılmasına qərar verdi. Həmin gecə Afətin ürəyi partladı, vəfat etdi”.

İş adam Poladxan Məmmədkərimovun obyektinin növbəti “sahibi” isə Azadxan Xanməmmədov olub: “Bundan sonra Ceyhun və Şahin yanıma gəlib dedilər ki, sən bizim atamızsan, oxutmusan, indi də qol-qanadının altına al, işləyək. Bu vaxt vəkil Əliabbas Rüstəmov ortaya çıxdı və dedi Afətə 800 min dollar pul verib. Pulu da Ceyhundan tələb etdi. Biz üçümüz müqavilə imzaladıq ki, ofis və torpaq satılacaq, pul aramızda bölünəcək. Bir bənd də əlavə etdik ki, tərəflərdən kim şərti pozsa, hər şeydən məhrum ediləcək və pay verilməyəcək. Mən ofisi Ceyhun Abdullayevin adına keçirtdim. Bir də xəbər tutdum ki, Ceyhun 2 milyonluq ofisi Azadxan Xanməmmədova 178 minə satıb. Sonrada məlum oldu ki, ofis Azadxan Xanmmədovun həyat yoldaşı Əsmər Fətullayevanın adına rəsmiləşdirilib.
Eyni vaxtda öyrəndim ki, məhkəmə yolu ilə geri qaytardığım Şüvəlandakı evdən 88 min 250 manatlıq əşyalar yoxa çıxıb. Xəzər rayon Polis İdarəsi oğurluğa görə cinayət işi açdı, müstəntiq Knyaz Rəhimov axtarış apara-apara gəlib ofisə çıxdı. Ceyhun həmin əşyaları evdən çıxarıb gətirib ofisə yığmışdı. Knyazla birgə ofisin qarşısına gəldik və qapların açılmasını tələb etdik. Azadxanın qardaşı da bizimlə idi. O dedi ki, ofisin Ceyhundan alınıb Azadxana satılmasında başqa adamların da əli olub. Azadxanın qardaşı oğlu onun özünə zəng etdi və dedi ki, Poladxan gəlib. Azadxan cavab verdi ki, ola bilməz, Poladxan ölüb. Orada Azadxan mənimlə telefonda danışdı, dedi 4-5 günə görüşək, danışaq. Amma sonra danışıqlardan qaçdı”.
Poladxan Məmmkərimov qeyd edib ki, A.Məmmədxanov onun evindən oğurlanan əmlakı da geri qaytarmaqdan imtina edib: “Mən Ceyhun Rüstəmovla Azadxan Xanməmmədovun arvadı Əsmər Fətullayeva arasında ofisin alqı-satqısına dair imzalanan müqavilənin ləğvi və mənim mülkiyyət hüququmun tanınması üçün Binəqədi rayon məhkəməsinə müraciət etdim. Azadxan məhkəməyə gəlib mənə dedi ki, “hacı, bütün savaşların axırı barışdı”, sonra da məhkəməyə gəlmədi. Hakim əmlakın dəyərinin qiymətləndirilməsi üçün ekspertiza təyin etdi. Hazırda ofisi Azadxanın qardaşı Əlifağa Xanməmmədovun oğlu işlədir. Ekspertlə birgə ofisə getdik və obyektin sahəsi ölçülməyə başladı. İki otağın qapısı bağlı idi, ekspert nə qədər təkid etsə də, Əlifağanın oğlu o otaqların qapısını açmadı. Mən pəncərədən baxanda gördüm ki, Şüvəlandakı evdən oğurlanan bütün əşyalarım orda saxlanılır”.

Mən bu oğurluq hadisəsi ilə bağlı Azadxan Xanməmmədovla telefonda danışanda ofisin mənə aid olduğunu demişdim. O, bilə-bilə ki bu işlə bağlı istintaq gedir, ofisi özününkü kimi başqalarına verib, əvəzində də obyekt əldə edib. Azadxan illərdir mənim ofisimdən özünə məxsus marşrut avtobuslarının qarajı, təmir yeri kimi istifadə edir. Digər tərəfində restoran, market və bufet açıb”.

Poadxan Məmmədkərimov A.Xanməmmədovun əməlləri barədə daxili işlər naziri Ramil Usubova ərizə ilə müraciət edib: “Mənim şikayətlərim əsasında Ceyhun Abdullayev, Əliabbas Rüstəm və Azadxan Xanməmmədovla bağlı bugünə kimi açılmış 4 cinayət işinin istintaqı hazırda dayandırılıb. Ceyhun Abdullayev hələ də azadlıqda gəzir. Buna görə də cinayətkar dəstə olan Azadxan Xanməmmədov, Ceyhun Abdullayev əməllərini hansısa formada davam etdirirlər. Bu cinayətkar dəstə tərəfindən mənə milyonlarla manat zərər vurulub. Mən daxili işlər naziri cənab Ramil Usubovdan xahiş edirəm ki, mənim şikayətim əsasında başladılan 4 cinayət işi hazırda həbsdə olan Azadxan Xanməmmədovla bağlı aparılan cinayət işi ilə birləşdirilsin, operativ istintaq aparılsın və yekunlaşdırılaraq təqsirli şəxslərə ittiham elan edilməsi üçün tədbir görülsün”.

“Qafqazinfo”

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.