XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Ekspertdən DİM-ə ağır ittihamlar: "Neçə milyon manat pul qazanıblar, amma..."

Ekspertdən DİM-ə ağır ittihamlar: "Neçə milyon manat pul qazanıblar, amma..."

Ekspertdən DİM-ə ağır ittihamlar: "Neçə milyon manat pul qazanıblar, amma..."
1-08-2017, 11:15

"2017-2018-ci tədris ili üçün ali məktəblərə qəbul imtahanları başa çatıb. Bu il Dövlət İmtahan Mərkəzinin həyata keçirdiyi qəbul prosesi sənəd qəbulundan imtahanlara, ondan da ixtisas seçiminə qədər hamısı bərbad vəziyyətdə oldu. Elektron xidmətlər göstərməsi tamamilə biabırçı, məsuliyyətsiz, 15 yaşlı uşağın 1997 - ci ildə ilk dəfə proqram təminatı hazırlaması səviyyəsində həyata keçirilib".
Bu sözləri təhsil eksperti Kamran Əsədov deyib.
Onun sözlərinə görə, DİM bir həftədə 4 səhv edib: "Hər mərhələdə burda çalışanların qeyri-peşəkar, məsuliyyətsiz olduğu ortaya çıxır. Qəbul imtahanlarının şərtinə görə 4 səhv 1 düzü ləğv edir, amma DİM təkcə bir həftə ərzində 4 səhv edib, amma heç kim bu səhvə görə nə işindən azad edilib, nədə ki, bir Üzr istəyiblər. Elə bil ki, Azərbaycanda bunlar kefləri istədiyi kimi imtahan keçirəcəklər, dədələrinin obyektini işlədirmiş kimi vətəndaşa xidmət edəcəklər".
Ekspert DİM-in yol verdiyi səhvləri sadalayıb: "Deməli, 29 iyulda çox çalışandan sonra ixtisas seçimi ərizəsini aktiv etdilər. Mən də bu sahənin inkişafı üçün çalışan, istəyən biri kimi proqram təminatının bərbad vəziyyətdə olduğunu gördüm, hətta bu barədə onlara məlumat verdim. Amma istər imtahan suallarından, istərsə də digər məsələlərdə səhvlərini heç vaxt qəbul etməyən DİM, israrla özünü müdafiə etdi. Halbuki məhz ciddi iradlardan sorna tarix fəndindən 1 test tapşırığının səhv olduğunu təstiq etdilər.
Mən 30 iyulda abituriyentlərin çoxunun ixtisas seçimini etdim. Ərizələrin birində BDU-nun Alman və Fransız dilləri üzrə filologiya ixtisaslarını qeyd etdim. Amma abituriyent 4 jurnalında qeyd var idi ki, bu ixtisasları ancaq həmən dilləri attestatlarında qeyd olunmuş abituriyentlər seçə bilər. Belə qadağan olunmuş ixtisasları seçəndə elektron ərizə qəbul etmir, qırmızı ilə xəbərdarlıq edir ki, sizin bu ixtisası seçmək hüququnuz yoxdu. Necə ki, hazırda elədir.
Mən də abituriyent həmən ixtisası istədiyi üçün həmən ixtisasın kodlarını daxil etdim. Amma sistem heç bir qadağan olmadan qəbul etdi. Düşündüm ki, bunlar yenədə əvvəlcədən müəyyən olunmuş şərtləri dəyişiblər. Elektron ərizəni təstiq etdim və çap etdim. Bu çap olunmuş və hüquqi sənəd olan elektron ərizədə göstərilir ki, ərizə təstiq olunub və heç bir problem yoxdur. Amma ərizə qəbulundan 3 gün sonra DİM-in yadına düşüb. Həmin abituriyentin elektron ərizəsinə daxil olanda gördüm ki, həmən ixtisasları qırmızı ilə işarələrib onları seçmək hüququnun olmadığını yazıblar.
Bunlar abituriyent jurnalında da, rəsmi saytlarında da qeyd ediblər ki, ancaq müsabiqəyə təstiq olunmuş ərizələr buraxılır. Hörmətli DİM, mənim də əlimdə təstiq olunmuş ərizə var, amma orda heç bir problem yoxdur. Bunu sizin rəsmi xidmətləriniz ilə etmişəm, sizin kimi kefindən fəaliyyət göstərmədən, ciddi şəkildə".
Kamran Əsədov bildirib ki, artıq DİM-ə heç bir inamı qalmayıb: "Artıq DİM-in fəaliyyətinə heç bir inamım yoxdur. Çünki onlar işlərinin öhdəsindən gələ bilmirlər, çox qeyri-peşəkar, məsuliyyətsiz yanaşırlar qəbul prosesinə. Qısa müddətdə neçə milyon manat vəsait qazanıblar, amma istər keçirilən buraxılış imtahanları, istər qəbul imtahanları heç qazanılan vəsaitin 10 faizi də deyil.
Mən onlardan daha ucuz və keyfiyyətli imtahan təşkil edib insanları razı salaram. Belə baha və keyfiyyətsiz imtahan prosesi təşkil etmək olmaz. Əlimdə rəsmi təstiq və çap olunmuş sənəd var. Burda göstərilir ki, heç bir problem yoxdur. Sistemdə səhv olub, işi bacarmamısız, bu ayrı məsələ. Əgər işin öhdəsindən gələ bilmirsizsə, ölkə prezidentinin sosial siyasətini, vətəndaşlarına müsbət xidmət etmək tələbini yerinə yetirilmirsizsə, zəhmət olmasa, ərizə yazıb işi daha peşəkara təhvil verin. Mən vergi ödəmirəm ki, siz kefiniz istəyən kimi fəaliyyət göstərəsiz.
Sizin Azərbaycan təhsilinə xidmətləriniz danışmazdır. Obyektiv, qərəzsiz, ədalətlə və şəffaf. Ən azından kasıbın savadlı övladı rahat şəkildə ali təhsil ala bilib. Kimsə qəbul prosesinə müdaxilə etməyib. Məncə elə bel müsbət notlarla getmək daha yaxşı olar. Yoxsa işə nəzarət yavaş yavaş pisləşir.
Mən sizin düşməniniz deyiləm. İstəyirəm ki, qazandığınız pul müqabilində ortaya keyfiyyətli iş qoyasız. Əvvəlki illərdə olduğu kimi, səhvləriniz minimum olsun. Çünki bu il hər iki addımdan birində ciddi problemlər ortaya çıxıb".

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.