Azərbaycanda yüksək vəzifəli məmur cərimə edildi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəzifəli şəxsi məhkəmə qərarını icra etmədiyi üçün cərimələnib.
Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsinin müdiri Cavid Abdullayev rayon məhkəməsinin qərarını icra etməkdən yayınıb.
Buna görə də barəsində növbəti dəfə, iyulun 3-də Səbail rayon məhkəməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 528.1-ci (Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi) maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilib.
Bu maddə ilə cəzalandırılan şəxslər 1200 manatdan 2500 manatadək məbləğdə cərimələnir.
Cavid Abdullayev isə bu məbləği ödəməkdən imtina edib və inzibati tənbeh tədbiri barədə qərardan apellyasiya şikayəti verib. İş icraata götürülüb və proses Bakı Apellyasiya Məhkəməsinin hakimi Namiq Məmmədovun sədlriyi ilə avqustun 4-də davam etdiriləcək.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...