"Qarant" Kredit təşkilatı vətəndaşın qızılını qaytarmaqdan imtina edir - ŞİKAYƏT
Lombardlar vətəndaşlar müəyyən girov qarşılığında kreditlər verən kommersiya təşkilatlarıdır.
Bu təşkilatların faiz dərəcəsinin banklara nisbətən çox olmasına baxmayaraq, əhali arasında kredit əldə etmək üçün lombardlara üz tutanların sayı kifayət qədərdir. Eyni zamanda Lombardlardan kifayət qədər şikayətlər daxil olur.
Bu barədə Camal Sadıqov rəsmi şəkildə müraciət edib.
O bildirir ki, müxtəlif səbəblərdən götürdüyü pulu vaxtında ödəyə bilməyib, ona görə də lombardları dəyişdirib:
“Sonuncu dəfə 3 il əvvəl krediti "Qarant" kredit təşkilatına yönəltmiş, bu təşkilata ümumilikdə 8.741 manat ödəyərək 06.04.2024-cü il tarixdə krediti tam olaraq bağlamışam.
Lakin 2 ay vaxt keçməsinə baxmayaraq, çoxlu sayda müraciətlər etsəm də, əsassız bəhanələr gətirməklə girov qoyduğum qızılı qaytarmaqdan imtina edirlər”.
Onun iddiasına görə, krediti tam olaraq ödəyib, ancaq “Qarant”dan əvvəlcə 2700 manat, sonradan isə 1051 manat faiz borcunun qaldığı bildirilib.
Həmçinin o, müqavilənin 3 dəfə dəyişdirilərək, ümumilikdə 2.000 manat pulunun mənimsənilməsindən də narazılıq edir.
İddiaçı “Qarant”ın Tural və Aqil adlı əməkdaşlarının ona qarşı haqsızlıq etdiyini də vurğulayıb.
Məsələ ilə bağlı “Qarant”ın Aqil adlı əməkdaşı ilə əlaqə saxladıq. O, açıqlamasında şikayətçinin iddialarının doğru olmadığını iddia edib:
“Həmin müştəri ödənişi kifayət qədər gecikdirib, buna görə də gecikmə borcları yaranıb. Borcu haqqında bütün rəsmi məlumatlar özünə təqdim olunub. Sonuncu dəfə istədiyi rəsmi məktub da poçt vasitəsi ilə ona göndərmişik.
Müştəri bizimlə heç cürə razılaşmır.Əgər bizimlə bağlı dələduzluq faktı varsa, məhkəməyə müraciət etsin”.
Biz öz növbəmizdə Aqil müəllimə sual etdik:"Əgər həqiqətən siz,dediyiniz kimi haqlı tərəfsinizsə nədən Camaı Sadıqovu bu günə kimi siz məhkəməyə verməmisiniz?"
Təbii ki, sualımız cavabsız qaldı.
Onu da qeyd edək ki, vətəndaş Camal Sadıqov bütün ödəniş cədvəlləri və çekləri redaksiyamıza təqdim edib. Lazım gələrsə, həmin sənədləri hüquq mühafizə orqanlarına təqdim etməyə hazırıq. (BakuPress.Az)
Araşdırmamız davam edir.
"Azərbaycan Reallığı"

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...