Telefonumuzun dinlənilmədiyindən necə əmin olaq?
Adətən mobil cihazlarınıza kiberhücumlar ediləndə telefon fərqli şəkildə işləməyə başlayır.
“Qafqazinfo” mobil qurğularınıza hücum olunub-olunmadığını dəqiqləşdirmək üçün sizə bəzi tövsiyələri təqdim edir.
Məsələn passiv rejimdə - bəzi proqramların işlədiyini və ya resurslar istehlak etdiyini görsəniz, bilin ki, burada bir “əmma” var.
Tutaq ki, sizin əmrləriniz olmadan smartfon sönür, yenidən yüklənir, nömrələri yığır və ya proqramları işə salır. Çox vaxt bu əməliyyat sisteminin uğursuzluğu yox, kiberhücum əlamətidir.
Bəs sizin nömrənizi haradan əldə ediblər?!
Hücum edən şəxs bəlkə də dostunuzun smartfonunu sındırıb və onun əlaqə siyahısından istifadə edir.
Telefon danışığı zamanı səs-küy və ya əks-səda varsa, ya da sizə zəng edib dərhal dəstəyi asırlarsa güman ki, kimsə aktiv şəkildə smartfonunuza daxil olmağa çalışır.
Telefonunuza tanımadığınız qurğular vasitəsilə qoşulduqda məlumatları yadda saxlamayın.
Wi-Fi nöqtələrinə avtomatik qoşulmalara məhdudiyyətlər qoyun.
Yaxşı olar ki, onları özünüz seçə və şübhəli adları olan şəbəkələrə məhəl qoymayasınız. İctimai Wi-Fi şəbəkəsində İnternetdən istifadə edərkən alış-veriş etməyin, pulköçürmə əməliyyatlarından yararlanmayın.
Smartfonunuz Android əməliyyat sistemində işləyirsə, etibarlı antivirus quraşdırın. Təhlükəli proqramları hərtərəfli yoxlamaq üçün telefonunuzu xidmət mərkəzinə aparın.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...