Türkiyə universitetlərinin Bakı tədbiri təxirə salındı - İLGİNC SƏBƏB
"Akademi Group” Xaricdə Təhsil Mərkəzinin Bakıda planlaşdırdığı Türkiyə Universitetlərinə Sənəd Qəbulu və Tanıtım Günləri təxirə salınıb.
Bu haqda tədbirə görə Bakıya təşrif buyuran universitet nümayəndələrindən biri məlumat verib. Məlumata görə, sabahkı tədbirdə heç bir universitetin nümayəndəsi iştirak etməyəcək.
Tanıtım günləri 29-30 Iyul tarixlərində Hilton hotelində planlaşdırılırdı.
Məlumata görə, tədbir Bakıdakı özəl universitetlərin rəhbərliyinin təzyiqi ilə təxirə salınıb. Səbəb isə qəbul imtahanlarından sonra kütləvi şəkildə abituriyentin Türkiyəyə üz tutmasıdır. Bu tədbir məhz ona hesablandığı üçün, məsələ böyüyüb. Bakıdakı özəl universitetlər tamamilə boş qalma təhlükəsi ilə üzləşib. Nəticədə tədbirin ləğv edilməsi qərarlaşdırılıb. Türkiyədən tədbirlə bağlı çoxlu sayda universitetin rəhbər şəxsləri iştirak etsələr də, onlar geri qayıtmaq məcburiyyətində qalıblar.
Bu 2 gün ərzində məzunlar universitetlərin Bakıya dəvət olunmuş nümayəndələrinə sənədlərinizi birbaşa təqdim etməli idilər.
Qeyd edək ki, bu il bir çox Türkiyə universiteti Dövlət İmtahan Mərkəzi (TQDK) imtahanlarından yüksək bal yığanlara 30-50-100% endirimlər təklif etməyi planlaşdırır.
AZXEBER.COM

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...