`Bazarstore`un bunu da etdiyinə İNANIRIQ... - ETİRAZ VAR...
- 30-05-2024, 10:11
- 306
"Bu hala həmin marketdə dəfələrlə rast gəlmiş, etirazımı bildirmişəm" deyə etirazını bildirən jurnalist daha sonra belə davam edir: "Amma həyasızcasına cavab verirlər ki, rəfdəki qiymət başqa məhsula aiddir. "Başqa məhsul" isə orada yerli-dibli yoxdur.
Lakin marketdə işləyənlərin buna da cavabı var: "Həmin məhsul qurtarıb".
Yaxşı, həmin məhsul qurtarıbsa, qiyməti niyə orada qalıb? Həm də digər, qiyməti daha baha olan məhsulun altında...
O gün bir nataraz kassir qız hətta məni savadsızlıqda suçlayıb dedi ki, oxumağı bacarmıram. Nadir Qocabəyli oxumağı bacarmırmış...
Aidiyyatlı qurumlardan tədbir görmələrini tələb edirəm..."