SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Deputat müharibə veteranları ilə bağlı xahiş etdi: 80 manat artırılsın!

Deputat müharibə veteranları ilə bağlı xahiş etdi: 80 manat artırılsın!

Tarix:

27-05-2024, 13:24

/ 291 dəfə oxundu.
Deputat müharibə veteranları ilə bağlı xahiş etdi: 80 manat artırılsın!

 
“Müharibə veteranlarına verilən müavinətlərə yenidən baxılmalıdır”.

Bunu deputat Vahid Əhmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında  bildirib.“Müharibə veteranlarına verilən 80 manat müavinət gülüncdür. İnkişaf etmiş ölkənin müharibə veteranlarına bu məbləği verməsi doğru deyil. Qeyd edilir ki, həmin müavinət kommunal xərclərin ödənilməsinə ayrılır, amma bu da tam ödəmir. Bu məsələyə baxılmasını xahiş edərdim”, -deyə o bildirib.

"Büdcə planlaşdırılıbsa, xərclənməlidir. Əhaliyə verilən 300 manatı artırıb 500-600 manat edin, artıq da qalmasın. Bunu eləmək istəmirsiniz, müharibə veteranlarına verilən 80 manatı qaldırın, ayıbdır", - V.Əhmədov əlavə edib.

Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, hazırda Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş 180.476 nəfər rəsmi olaraq “Müharibə veteranı” statusu daşıyır.

Bura həm Birinci, həm də İkinci Qarabağ müharibəsinin iştirakçıları daxildir.

Müharibə veteranlarına ayda 80 manat təqaüd verilir.

Şərhlər

XƏBƏR LENTİ