Müdafiə Nazirliyi hara baxır? - “N” saylı hərbi hissədə “n” qədər problem...
Müdafiə Nazirliyində Səfər Əbiyevdən sonra ciddi işlər həyata keçirildi. Bu günlərdə prezident İlham Əliyev də çıxışında bu məqama toxundu. Ölkə başçısı qeyd etdi ki, kazarmalar bərbad vəziyyətdə olub, qida təminatında çatışmazlıqlar qeydə alınıb.
Məlumata görə, Zakir Həsənovun müdafiə naziri təyin olunması ciddi dönüş yaratdı.
Ordumuzda nizam-intizamın yaradılması, texniki bazanın yaxşılaşdırılması, hərbi hissələrin təmiri, qida təminatı ən yüksək səviyyəyə çatdırıldı, dedovşina hallarına son qoyuldu.
Bu gün ordumuz sözün əsl mənasında qüdrətlidir. Amma təəssüf ki, bəzi hərbi hissələrdə çatışmazlıqlar hələ də qalmaqdadır. Bu günlərdə əməkdaşımız “N” saylı hərbi hissələrin birində olub və “n” qədər problemlə qarşılaşıb.
Müxbirimizin sözlərinə görə, uçub-tökülən hərbi hissədə nizam-intizamsızlıq, şəraitsizlik hökm sürür. Hətta əsgər çayxanası deyilən yerdə valideynləri ilə görüşə gələnlər şoka düşürlər. Həmin yerin damı bir neçə yerdən damır, oturduğun yerdə başına su tökülür.
Əməkdaşımız dəhşətli bir durumla üzləşib. Belə bir şəraitdə əsgərlərin necə xidmət etdiyi də ayrıca sual doğurur. Lakin biz həmin hərbi hissənin harada yerləşdiyini ictimailəşdirmək istəmədik.
Düşmən ölkə mətbuatının yazdıqlarını və hazırda cəbhə xəttindəki vəziyyəti nəzərə alaraq qərara gəldik ki, saytda hərbi hissəninin yerini açıqlamayaq.
Bununla belə oradakı problemin həlli üçün Müdafiə Nazirliyinə köməklik göstərməyə hazırıq.
Nazirlikdən bizimlə əlaqə saxlansa, həmin hərbi hissədəki vəziyyət barədə ətraflı məlumat verə bilərik, ünvanı göstərik və elə əməkdaşımızın iştirakı ilə oraya baxış keçirmək olar.
Bir daha bildiririk ki, xəbər portalı olaraq hər zaman dövlətimizin yanındayıq, ordumuzun yüksəlişinə sevinirik, cənab nazir Z.Həsənovun gördüyü işləri təqdir edirik.
O baxımdan düşmən mətbuatı sevindirməmək üçün sözügedən hərbi hissənin yerini açıqlamadıq və nazirliyin mövqeyini bildirməyi gözləyirik. Bundan sonra ünvanı göstərməyə hazırıq.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...