SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Özünü qatarın altına atan gəlinin həyat yoldaşı: - “Səni heç kimin ayağına vermədim...”

Özünü qatarın altına atan gəlinin həyat yoldaşı: - “Səni heç kimin ayağına vermədim...”

Tarix:

27-07-2017, 12:03

/ 115 314 dəfə oxundu.
Özünü qatarın altına atan gəlinin həyat yoldaşı: - “Səni heç kimin ayağına vermədim...”

Şəmkirdə ananın intihar məqsədi ilə iki körpəsi ilə bərabər özünü qatarın altına atması faktı ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Zəyəm kəndinin sakinlərinin verdiyi məlumata görə, intihar edən Pərvanə Mahmudova həyat yoldaşının bibisi Dursun Mahmudova ilə bir evdə yaşayıb. Sakinlərin sözlərinə görə, Pərvanə ərə gedəndən sonra Dursun Mahmudova ilə aralarında söz-sohbət yaranıb:

“Dursun evdə hər şeyə deyinirmiş. Gəlini evdə əlini heç nəyə vurmağa qoymayıb. Pərvanə də, bütün bunları həyat yoldaşı Nəsrəddinə deyirmiş. Amma, Nəsrəddin bu barədə heç kəsə bir kəlmə də deməyib. Bunu özünə ayıb bilib. Deyiblər ki, ailənin sözü evdən çıxmaz. Ailələr var ki, evində baş verənləri kiminsə bilməsini istəmir. Nəsrəddinin qarşısını kəsən məqamlar olub. Oğlan ağlı kəsən andan evə qazanc gətirərək özünə, ailəsinə, bir sözlə bibisinə də şərait qurub. Dəfələrlə Nəsrəddin evdən çıxmaq istəyib. Amma, qohumları onu bu fikrindən daşındırıb. Deyiblər ki, cammaat səni qınayar. Deyərlər ki, əli çörəyə çatandan sonra onu böyüdən bibisini atıb getdi. Amma, Pərvanə əziyyətlərə dözə bilməyib, sonda özü ilə yanaşı övladlarını da öldürməyi gözə alıb”.

Sakinlər bildirib ki, Nəsrəddin iki balası və həyat yoldaşının parçalarını görəndən sonra şoka düşüb, dediyi bircə kəlmə olub:

“Mən səni heç kimin ayağına vermədim, Pərvanə!. Axı, sən niyə mənim belimi qırdın?” Çətindir, heç kimin ağlına gəlməzdi ki, normal və sağlam insan belə bir addım atar. 9 aylıq uşaq qanmır, amma, 3 yaşlı uşağın qatarın onun üstünə gələn zaman necə çarəsiz olduğunu gözünüzün qarşısına gətirin. Köməksiz uşaq nələr çəkib. İdarənin köməkçisi meyitin parçalarının qatar yolundan yığılmasında iştirak edib. Hər şeyi gözü ilə görüb. İndi onun vəziyyəti pisdir, psixoloji sarsıntı keçirib”.

Şəmkirdə dəhşətli intihar hadisəsi baş verib. 1992-ci il təvəllüdlü Mahmudova Pərvanə İlqar qızı 3 yaşlı oğlu və 1 yaşlı qızı ilə özünü Bakı-Qazax qatarının altına atıb. Ana və iki övladı hadisə yerində ölüblər. Hadisəyə səbəb Pərvanənin həyat yoldaşının bibisi Dursun Mahmudova ilə aralarında baş vermiş münaqişə olduğu deyilir.

Şərhlər

XƏBƏR LENTİ