SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Ramil Usubov 52 polisi işdən qovdu – Səbəb

Ramil Usubov 52 polisi işdən qovdu – Səbəb

Tarix:

28-01-2017, 13:46

/ 2 414 dəfə oxundu.
Ramil Usubov 52 polisi işdən qovdu – Səbəb

Vətəndaşları əsassız olaraq polisə gətirdiklərinə, saxladıqlarına, məsuliyyətə cəlb etdiklərinə, qanunsuz axtarış apardıqlarına, sürücülərin hüquqlarını pozduqlarına, kobud rəftara yol verdiklərinə və s. qəbahətlərə görə 2016-cı ildə 350 əməkdaş intizam qaydasında cəzalandırılıb.

Bu sözləri yanvarın 27-də Daxili İşlər Nazirliyində 2016-cı ildə cinayətkarlıqla mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclasnda Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov deyib.

“Cəzalandırılanlardan 52 nəfəri xidmətdən xaric edilib, 42-si tutduğu vəzifədən azad olunub, 256 əməkdaşa digər intizam tənbehləri verilib”, - deyə nazir vurğulayıb.

Şərhlər

XƏBƏR LENTİ