SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Hərbçimiz yaralandı - Ermənilər PUA-dan istifadə etdi

Hərbçimiz yaralandı - Ermənilər PUA-dan istifadə etdi

Tarix:

25-07-2017, 15:33

/ 81 089 dəfə oxundu.
Hərbçimiz yaralandı - Ermənilər PUA-dan istifadə etdi

Tərtər rayonu ərazisində yerləşən qoşunların qarşıdurma xəttində Ermənistan silahlı qüvvələri növbəti dəfə döyüş pilotsuz uçuş aparatından istifadə ediblər.

Müdafiə Nazirliyinə istinadən xəbər veririk ki, düşmənin kustar üsulla hazırladığı yandırıcı-partlayıcı vasitə və metal elementlərlə doldurulmuş qurğunun bölmələrimizin mövqelərinə atılması nəticəsində hərbi qulluqçumuz əsgər Babakişiyev Muraz Kamal oğlu yüngül bədən xəsarətləri alıb.

Hazırda hospitala yerləşdirilən əsgər M.Babakişiyevin həyatı üçün heç bir təhlükə yoxdur.
Təxribatın qarşısının alınması məqsədilə tədbirlər görülür.

Şərhlər

XƏBƏR LENTİ