Azərbaycanda insanlar daha çox taksi, avtobus, yoxsa metrodan istifadə edirlər? - VİDEO
Azərbaycanda metro, taksi və avtobusdan istifadə edənlərlə bağlı rəqəmlər açıqlanıb.
Dövlət statistika komitəsinin yanvar-fevral ayları üzrə hesabatına görə, qeyd olunan dövrdə nəqliyyatçılar 294,4 milyon sərnişinə xidmət göstəriblər.
Bəs sakinlər daha çox hansı ictimai nəqliyyat növündən istifadə edirlər?
Ekspertlərin fikrincə, son üç ildə taksidən istifadə edənlərin sayı xeyli artıb. Hətta bu rəqəm statistika komitəsinin açıqladığı rəqəmlərdən daha çoxdur. Çünki belə məlumatlar taksi sifarişi bazalarından götürülür. Lakin bir çox bölgələrdə taksi operatorları fəaliyyət göstərmir, qeyri-rəsmi taksi daşımaları ilə məşğul olan xeyli sayda sürücü var. Bu səbəblə taksidən istifadə edənlərin sayı daha çoxdur. Bu göstərici isə digər ölkələrlə müqayisədə yüksəkdir. Taksidən istifadənin çox olmasına görə, Azərbaycan regionda liderlərdən hesab edilə bilər. Bu isə metro və avtobusun yetərli olmadığının göstəricisidir.(Xezerxeber.az)
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...