Samuxdakı dəhşətli olayın TƏFƏRRÜATI
Samux rayonunda gəlinin özünün və ərinin valideynləri tərəfindən işgəncələrə məruz qalması hadisəsinin təfərrüatı məlum olub.
Gəlinin evdə başqa kişi ilə tutulması iddia olunaraq əvvəl qaynatası, qaynanası və əri tərəfindən döyülüb, başı qırxılıb. Sonra P.İ atasının evinə qaçıb. Valideynlərinə nə üçün döyüldüyünü deyəndən sonra atası, 1955-ci il təvəllüdlü Famil Məhərrəmov qızına balta ilə ağır bədən xəsarətləri yetirib. Daha sonra qızını boğmağa çalışıb. Məlumata görə, qızın anası gəmiricilərin məhv olunması üçün nəzərdə tutulan zəhərli dərmanı qızına zorla içirib.
Gənc qadın valideynləri tərəfindən məruz qaldığı işgəncələrdən sonra küçəyə qaçıb və huşunu itirərək yerə yıxılıb. Ətrafdakılar tərəfindən təcilli tibbi yardım maşını ilə xəstəxanaya yerləşdirilib.
Hadisə şahidlərinin verdiyi məlumata görə, gənc qadının əri həyat yoldaşı ilə birlikdə olan kişini bıçaqlayıb.
Qadının atası 1955-ci il təvəllüdlü Famil Məhrrəmov Samux Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Samux RPŞ-də araşdırmalara başlanılıb.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...