XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Sabahın hava proqnozu

Sabahın hava proqnozu

Sabahın hava proqnozu
24-07-2017, 13:05

İyulun 25-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən, yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

ETSN-dən verilən məlumata görə, havanın temperaturunun gecə 20-24° isti, gündüz 30-35° isti olacağı gözlənilir.

Bakıda gecə 20-24° isti, gündüz 30-35° isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı - 758 mm civə sütunundan 753 mm civə sütununa enəcək.

Nisbi rütubət gecə 70-80%, gündüz 50-60%-ə çatacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27°, Türkan, Hövsan, Sahil, Şıxda 27-28° isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza əsasən, iyulun 27-dək Abşeron yarımadasında arabir güclənən davamlı xəzri küləyi meteohəssas insanlar üçün müsbət amildir.

Azərbaycanın rayonlarında hava yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 20-25° isti, gündüz 32-37° isti, dağlarda gecə 13-18° isti, gündüz 22-27° isti olacağı gözlənilir.

XalqXeber.Az
OXŞAR XƏBƏRLƏR

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.