XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » "Azərışıq" qurunun oduna yaşı da "yandırdı" - MÜRACİƏT...

"Azərışıq" qurunun oduna yaşı da "yandırdı" - MÜRACİƏT...

"Azərışıq" qurunun oduna yaşı da "yandırdı" - MÜRACİƏT...
24-07-2017, 09:21

Şamaxı şəhəri Məmməd Əmin Rəsulzadə küçəsi, Şamo MMC-nin bazarında çalışan bir neçə vətəndaş tərəfindən müraciət ünvanlanıb.

Müraciətin səbəbinin "Azərişığ"ın səhlənkarlığı olduğu deyilir.

Belə ki, yan-yana yerləşən 3 obyektdə (dərzi atelyesi, bərbərxana, məişət avadanlıqları təmiri dükanı və kafe) cəmi bir sayğac var. Buna görə də işlər qarışıb bir-birinə. Atelye, bərbərxana və təmir dükanının qanuni yolla istifadə etdiyi elektrikdən əlavə qeyri-qanuni olaraq kafeyə xətt çəkilib.

Bu pozuntu bir yana, kafenin işığa olan borcu da bu üç obyektin sayğacına yazılıb. Həmin qanunsuz xətdən isə bu üç obyekt ümumiyyətlə istifadə etmir və onlara aidiyyatı yoxdur. Ancaq mart ayında Şamaxı şəhər işıq idarəsindən yoxlama gəlib görüb ki, sayğacdan 20 sm məsafədə bir xətt ayrılaraq gedir. Bu pozuntuya görə, şikayətçinin, bərbərxananın və təmir dükanının sayğacına 1200 manat cərimə yazılıb. Necə deyərlər qurunun oduna yaş da yanıb...

Dəfələrlə aidiyyatı orqanlarla müraciət edilsə də, nə cərimə silinib, nə o kafeyə sayğac qoyulub, nə də ki, yenidən yoxlama aparılmayıb. Əksinə, həmin üç obyekt işıqsız qalıb. Ancaq kafenin yenə də işığı yanır.

Müraciət müəllifləri məsələnin həlli üçün Moderator.az vasitəsilə "Azərişıq" rəhbərliyindən müdaxilə edilməsini xahiş edirlər.

Biz də inanırıq ki, "Azərişıq" rəhbərliyi problemi yenidən araşdırıb qanuni tədbirlər görülməsini təmin edəcək.

Moderator.az

XalqXeber.Az
OXŞAR XƏBƏRLƏR

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.