Əmək-Sosial Münasibətlər Akademiyası, Mingəçevir Politexnik və...bu universitet bağlanır
Azərbaycanda daha üç ali məktəbin bağlanması ideyası gündəmə gəlib
Verilən məlumata görə, universitetlərin ləğvi və birləşdirilməsi prosesi sürətlənir.
Məlumatda bildirilir ki, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, Mingəçevir Politexnik İnstitutu və Bakı Qızlar Universitetinin ləğvi nəzərdə tutulur.
Hər üç təhsil ocağının onlara ixtisasca yaxın universitetlərə birləşməsi nəzərəd tutulur.
Bu universitetlərin fəaliyyəti, gördüyü işlər, kadr yetişdirməsi potensialı olduqca aşağı səviyyədədir. Son illərdə bu təhsil müəssisələrin hər hansı müsbət fəaliyyəti də nəzərə çarpmayıb.
Diplom istehsal edən və ölkəyə minlərlə diplomlu tələbə verən bu məktəblərin fəaliyyətinə xitam verilməsi kifayət qədər real görünür. Yuxarı dairələrdə və Təhsil Nazirliyində gedən müzakirələrdə də adıçəkilən ali təhsil ocaqlarının ləğvi təklif edilir.
Prezident İlham Əliyev 2017-ci ilin dərin iqtisadi islahatlar ili olacağı anonsunu verib. Ölkə başçısının bu anonsu cəmiyyət arasında böyük gözləntilərlə müşayiət olunur.
Xüsusilə referendumdan sonra Azərbaycanda idarəetmə sistemində, eləcə də siyasi, iqtisadi, sosial sferada böyük dəyişikliklərin olacağı gözləntiləri var. Ölkə başçısı dəfələrlə Azərbaycanda olan paralel strukturların ləğv edilməsinin böyük iqtisadi səmərə verəcəyini vurğulayıb.
Verilən məlumata görə, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, Mingəçevir Politexnik İnstitutu və Bakı Qızlar Universitetinin adı rüşvətə qarışıb.
Bu təhsil ocaqlarında semestr imtahanlarında pul yığılması barədə elektron mediada məlumatlara rast gəlmək olar. Ona görə də hökumət yeni təhsil siyasəti həyata keçirir.
Əmək-Sosial Münasibətlər Akademiyası, Mingəçevir Politexnik və...bu universitet bağlanır
Deputat Zahid Oruc son iki universitetin bağlanmasını da optimallaşdırmanın davamı kimi qiymətləndirib:
“Düşünürəm ki, onlar sadəcə karton diplom istehsalı ilə məşğul olan təsisatlar idi. Bu heç kəsə də sirr deyildi. Azərbaycanın daxili həyatında uzun illər ərzində təhsil əvəzinə yalnız hazır sənəd almağa xidmət edən və ticari keyfiyyətlərlə işləyən bu ünvanlar hamıya bəllidir. Bu iki universitetlə iş bitmir. Bildiyim qədəri ilə Təhsil Nazirliyi bu istiqamətdə mühüm planlara malikdir.
Addım-addım, ciddi şəkildə hər bir ali təhsil müəssisəsinin yüksək standartlar altında fəaliyyətini təmin edəcək bir xətti, siyasəti həyata keçirmək istədilər”.
Bu günlərdə fəaliyyəti dayandırılmış “Təfəkkür” və “Qafqaz” universitetinin ardınca prosesin daha irimiqyaslı xarakter alacağı gözlənilir.
Əldə etdiyimiz xəbərlərə görə, “Bakı Kooperasiya”, “Odlar Yurdu”, “Bakı Avrasiya” universitetlərinin lisenziyası ləğv oluna bilər.
Adıçəkilən təhsil oxcaqlarından tez-tez Təhsil Nazirliyinə, Prezident Administrasiyasına, habelə mətbuata şikayətlər daxil olur. Bu ali məktəblər “bazar store” kimi fəaliyyət göstərir. Onların rüşvəti və təhsil səviyyəsi qoşa addımlayır.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...