XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Dənizin qapılarını kimlər xalqın üzünə bağlayıb... - Xəzəri kimlər özəlləşdirir?

Dənizin qapılarını kimlər xalqın üzünə bağlayıb... - Xəzəri kimlər özəlləşdirir?

Dənizin qapılarını kimlər xalqın üzünə bağlayıb... - Xəzəri kimlər özəlləşdirir?
22-07-2017, 12:45

Yay fəslinin gəlişini çoxlarımız gözləyirik. Ən azından ona görə ki, qışda yaşadığımız qaz, işıq, palçıqlı yollar kimi problemləri bir müddətlik də olsa unudaq. Lakin yay özü ilə elə problemlər gətirir ki, əvvəlki günlərimizə şükür edirik.
Yay deyiləndə insanın ağlında ilk canlanan dəniz, çimərlik olur. Vaxt var idi dəniz adı gələndə ruhumuzu xoş bir sərinlik bürüyürdü. Lakin indi dəniz deyiləndə bütün bədənimizi isti tər basır. İstifadə edə bilmədiyimiz dəniz bizə necə sərinlik bəxş edə bilər axı?!
İstirahət etmək üçün dəniz qırağına yollanmaq istəyəndə qarşımıza ancaq hasarlar çıxır. Dənizi görə bilməyimiz üçün isə mütləq oradan içəri daxil olmağımız lazım olur. Bu da ən azından 1 nəfər üçün 1manata başa gəlir. Söhbət hələ yalnız əraziyə daxil olmaqdan gedir, əgər əlavə xidmətlərdən istifadə etsək ən azı 10 manat da buna görə ödəməliyik. Yəni bir ailənin dənizdə bir gün dincəlməsi üçün ən azı 15-20 manat pul ödəməsi mütləqdir.
Lakin kimə və nəyə görə ödəyirik bu pulu? Özümüzün olandan istifadə edə bilmək üçün niyə pul ödəməliyik? Özəl müəssisələrin tabeliyində olan əraziyə getmək istəyən oranı seçir və təqdim edilən məbləğlə razılaşmaq məcburiyyətindədir. Bəs xalqın mülkiyyəti sayılan ərazidə necə, onda da təqdim edilən məbləğlə razılaşmaq məcburiyyətindəyik?
Əslində görünür elə razılaşmaqdan başqa çarəmiz qalmır. Çünki illərlə davam edən və hər yay aktuallaşan bu problem həllinə nail olmaq əvəzinə getdikcə daha da mürəkkəbləşir. Baxmayaraq ki, 2008-ci ildən dənizin 20-50 metr məsafədə hasara alınmasının qadağan edilməsi ilə bağlı sərəncam verilib , son iki ildə bu problem Milli Məclis səviyəsində müzakirə edilib, ancaq bu müddətdə hasarlar nəinki sökülüb,əksnə daha da uzanmağa başlayıb.
Götürək,Sabunçu rayonunda yerləşən Pirşağı çimərliyini,"Qızıl qum"adlanan ərazinin hasara alınmasını.Orada mövcud hasarlanmış ərazi birazda genişləndirilib,içəri girmək,orada köhnə və nimdaş düzəldilmiş oturacaqlardan istifadə etmək 12 manata qaldrılıb.Yəni, çimərliyə gələn şəxsin artıq seçimi qalmır ki,ondan tələb olunan məbləği ödəməsin.Çünki,bütün ərazi zəbt olnub,hasara alınıb.
İnzibati Xətalar Məcəlləsində də dənizin hasara alınması qadağan edilib, lakin nədənsə bu qadağa yalnız sənəd üzərində keçərlidir.
Hadisələrin gedişatı onu göstərir ki, artıq aşağı təbəqənin dənizdə istirahəti mümkün deyil. Bədən istirahət edə bilər, amma bu problemlərin içində ruhun dincəlməsi qeyri-mümkündür.

Faktinfo.az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.