Bütün bədəni yanan Yusifin anası: “Yemək almağa belə pulumuz yoxdur, ağlamaqdan halsız düşür” - FOTO
Səkkiz yaşlı Yusif Qorxmaz oğlu Quliyev ağır yanıq xəsarətləri alıb.
Bu barədə Yusifin anası Aynur Quliyeva məlumat verib.
O bildirib ki, hadisə ehtiyatsızlıqdan baş verib.
“Biz Masallıda imkansız şəraitdə yaşayırıq. Yusifi çimizdirmək üçün bir vedrə suyu qaynamağa qoymuşdum. O da uşaqlarla oynayarkən bilmədən vedrəyə dəyib, nəticədə isti su onun bütün bədəninə tökülüb. Övladım Bakıda yerləşən xəstəxanalardan birində dəri köçürmə əməliyyat olub. Hazırda Yusifin dərmanlarını, mazlarını almaq üçün 700 manata ehtiyacımız var. İnanın, Yusifə verməyə evdə bir tikə yemək tapa bilmirəm, ağrılarına görə o qədər ağlayır ki, halsız düşür. Odun almağa belə imkanımız yoxdur, evimiz buz kimidir. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm”.(Oxu)
Ailə ilə əlaqə: (055) 458-86-36.
Kapital Bank: 4169 7388 1161 8556.


XalqXeber.Az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək