“Misli”nin sponsorluğu ilə Peşəkar İntellekt Liqası yekunlaşdı
Azərbaycanın qanuni lotereya və idman mərc oyunları operatoru “Azərlotereya” ASC-nin “Misli” brendi korporativ sosial məsuliyyət çərçivəsində hər zaman ölkədə elm və təhsilin tərəqqisinə, gənc nəslin intellektual inkişafına töhfə verən, onların asudə vaxtlarının səmərəli keçirilməsinə kömək edən daha bir tədbirə dəstək olub. “Misli”nin sponsorluğu ilə intellektual oyunlar üzrə ölkənin ən yaxşılarının yarışdığı Peşəkar İntellekt Liqasının (PİL) final mərhələsi keçirilib.
İllərdir ki, həyata keçirilən PİL bu ildən “Misli”nin dəstəyi ilə davam edib. Məqsəd intellektual oyunlar hərəkatına dəstək göstərmək, gənclərdə elm və təhsilə marağı artırmaq, onların dünya görüşünün genişləndirilməsinə, rəqabətli mühitin yaradılmasına nail olmaq, eləcə də Azərbaycan tarixi və mədəniyyətini gənc nəsilə aşılamaqdır.
Fevral-dekabr ayları ərzində ümumilikdə 23 turnir təşkil edilib, 50-dən artıq müxtəlif komanda qatılıb. Hər həftə 400 nəfərdən artıq şəxs oyunlardan yararlanıb. İl ərzində isə 8500-dən artıq şəxs bu oyunlarda iştirak edib. Finalda 24 komanda mübarizə aparıb.
Sonda 1-ci yer “Santa Klara”, 2-ci yer “Avangard”, 3-cü yerə isə “Nirvana” komandası layiq görülüb. Qalib komandalara qiymətli hədiyyələr və pul mükafatı təqdim olunub.
“Azərlotereya” bundan sonra idmanın inkişafı istiqamətində ölkə əhəmiyyətli tədbirlərin təşkilində yaxından iştirak etməyə davam edəcək.


Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək