SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Müsavatın Gənclər Təşkilatının sədri azadlığa çıxdı

Müsavatın Gənclər Təşkilatının sədri azadlığa çıxdı

Tarix:

28-08-2019, 14:47

/ 751 dəfə oxundu.
Müsavatın Gənclər Təşkilatının sədri azadlığa çıxdı

Müsavat Partiyası Gənclər Təşkilatının sədri Elman Quliyev azadlığa buraxılıb.
“Yeni Sabah” xəbər verir ki, ona verilən 30 sutkalıq həbs cəzasının müddəti bu gün başa çatıb.

Elman Quliyev iyulun 29-da həbsdə olan Müsavat fəalı Azad Həsənov azadlıq tələbilə keçirilən aksiyada saxlanılıb. Elə həmin gün Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati qaydada həbs olunub.

Elman Quliyev İnzibati Xətalar Məcəlləsinin 535.1(Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) maddəsilə ittiham edilirdi.

Şərhlər

XƏBƏR LENTİ