SON DƏQİQƏ
XalqXeber.Az » Şou-Biznes » Azərbaycan etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı kimi dəyərləndirilir

Azərbaycan etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı kimi dəyərləndirilir

Tarix:

12-12-2023, 11:09

/ 445 dəfə oxundu.
Azərbaycan etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı kimi dəyərləndirilir

 
Dekabrın 10-da ölkəmizin beynəlxalq nüfuzunun artmasına xidmət edən daha bir mühüm tədbir baş tutdu. Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi keçirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev bu mərasimdə iştirak ediblər.
Mərasimdən əvvəl Niş şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç ilə təkbətək və geniş tərkibdə, daha sonra isə  Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev ilə təkbətək görüşü olub. 
İlk növbədə qeyd etmək lazımdır ki, Azərbaycanla əməkdaşlıq əlaqələrinin inkişafında maraqlı olan ölkələrdən biri də Serbiyadır. Iki ölkə arasında əlaqələrin inkişafına təkan verən mühüm amillərdən biri də Belqradın Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlər sırasında olmasıdır.
Azərbaycan və Serbiya dövlət başçıları səviyyəsində son illər intensivləşən qarşılıqlı yüksək səviyyəli səfərlər iki ölkə arasında əməkdaşlıq sahələrinin genişləndirilməsi və dərinləşdirilməsi üçün zəmin yaradıb. İki ölkə arasında enerji sahəsindəki əməkdaşlıqda yeni imkanlar açılıb. Serbiya Azərbaycanın Avropada qaz bazarını şaxələndirməsində yeni tərəfdaşıdır. Serbiyaya qaz tədarükü nəticəsində Azərbaycan qazını idxal edən ölkələrin sayı 9-a çatıb. Bu, Azərbaycanın etibarlı enerji tərəfdaşı missiyasının genişlənməsinin və Avropanın enerji təhlükəsizliyində oynadığı rolun getdikcə artmasının bariz göstəricisidir. Bu gün Azərbaycan qazı Serbiyanın təchizat mənbələrinin şaxələndirilməsi ilə yanaşı, Mərkəzi Avropaya qazın paylanmasında tranzit ölkə kimi Serbiyanın strateji roluna da töhfə verir. 
Serbiyanın Niş şəhərində keçirilən Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edərək bir sıra mühüm məqamlara toxundu. Qeyd edildi ki, İnterkonnektorun fəaliyyətə başlaması Avropanın enerji təhlükəsizliyinə önəmli töhfə verəcəkdir. Bildirildi ki, 2021-ci ildə Azərbaycanın Avropa məkanına qaz ixracı 8 milyard kubmetrdən bir qədər çox olmuşdursa, bu il bu, təxminən 12 milyard kubmetrə çatacaqdır. Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir.
Bu gün Azərbaycanın bütövlükdə enerji strategiyası uğurla icra edilir. Bununla bağlı ölkəmizin genişmiqyaslı planları vardır. Ölkəmiz tərəfimindən irəli sürülərək icra edilən layihələr Avropanın və Asiyanın - Avrasiyanın enerji xəritəsini böyük dərəcədə yenidən tərtib edib.
Strateji əhəmiyyət kəsb edən neft kəmərləri - Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa bu gün Azərbaycan neftini Aralıq dənizinin və Qara dənizin bazarlarına çatdırır. Uzunluğu 3500 kilometr olan Cənub Qaz Dəhlizi - nəhəng infrastruktur layihəsi olaraq hazırda Avropanın enerji təhlükəsizliyinə çox böyük töhfə verir. Buna görə də Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı kimi dəyərləndirir.
Qeyd edilib ki, Azərbaycan iki il əvvəl Bolqarıstana qaz təchizatına başlayıb. 2021-ci ildə bu ölkəyə 270 milyon kubmetr qaz təchiz edilib. 2022-ci ildə isə ixrax 500 milyon kubmetrdən bir qədər çox olub. Bu il isə bu rəqəm 1 milyard kubmetrə yaxın olacağı gözlənilir.
Azərbaycanın eneri sahəsində böyük planları vardır. Bu planlara uyğun olaraq qaz təchizatının coğrafiyası daha da genişləndiriləcək və Azərbaycan qazı gələcəkdə Avropa məkanında yeni yaradılacaq interkonnektorlar vasitəsilə yeni ölkələrin bazarlarına çıxarılacaqdır.
Eyni zamanda ölkəmizin əsas iqtisadi hədəfləri bərpaolunan eneri növləri ilə bağlıdır. Artıq 10 qiqavat bərpaolunan enerji növlərinin yaradılması üzrə Azərbaycan tərəfindən investorlarla sazişlər və anlaşma memorandumları imzalanıb. Azərbaycan zəngin neft və qaz resurslarına malik olmasına baxmayaraq, ölkəmiz gələcəkdə təmiz yaşıl enerjinin istehsalına və ixracına əsas diqqəti yönəldəcəkdir. Bu da öz növbəsində ölkəmizin iqtisadi gücünün daha da artmasına səbəb olacaqdır.
Qeyd edək ki, Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində Bolqarıstan Prezidenti Rumen Radevinin çıxışında Azərbaycanla bağlı səsləndirdiyi fikirlər xüsusi diqqət çəkdi.   “Biz bu gün yalnız təbii qaz şəbəkələrini birləşdirmirik. Çünki Bolqarıstan–Serbiya İnterkonnektoru yalnız infrastruktur layihəsi deyil. O, bizim ölkələrimizin artan texnoloji imkanlarının, həmçinin Serbiya-Bolqarıstan, Bolqarıstan-Serbiya-Azərbaycan arasındakı uğurlu və faydalı əməkdaşlığın rəmzidir»,  “İnterkonnektor sayəsində Bolqarıstan nəhayət ki, Azərbaycan qazını qəbul edə bildi. Bizim on il öncə anlaşmamız var idi. O vaxt biz nə Avropadan, nə də ki, Azərbaycandan fiziki qaz qəbul edə bilmirdik. Mən Prezident Əliyevə təşəkkürümü bildirmək istəyirəm. O sübut etdi ki, Bakı bütün anlaşma və razılıqlara ciddi yanaşır». “Baxmayaraq ki, on il öncə mühüm dəyişikliklər olmuşdu. Mən avropalı həmkarlarla görüşlərimdə hər dəfə bildirirəm ki, Azərbaycan etibarlı tərəfdaşdır kimi fikirlər Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunu, etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyini təsdiqləyir.” Təbii ki, bu kimi fikirləri xeyli sayda qeyd edə bilərik. Bütün bunlar Azərbaycanın əməkdaşlığa böyük önəm verməsindən, daim coğrafiyasının genişlənməsi üçün təşəbbüslərlə çıxış etməsindən irəli gəlir. Azərbaycanın beynəlxalq aləmdə əməkdaşlıq məkanı kimi nüfuz qazanması atdığı real addımlara əsaslanır.
 
 
İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Şərhlər

XƏBƏR LENTİ