Metrodakı bu vəziyyətlə bağlı - Rəsmi açıqlama
Metronun “Xətai” stansiyasının qarşısında bir müddətdir sıxlıq yaşanır.
Bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. Sərnişinlər səbəb kimi uzun illərdir sözügedən istiqamətdə qatarlararası intervalın 10 dəqiqə müəyyənləşdirilməsini göstərir. Bildirilir ki, hazırda şəhərin həmin ərazisində məskunlaşma artıb və bu interval həmin stansiyadan istifadə edən əhali sayına uyğun deyil.
Problemlə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədovla əlaqə saxladıq. O, sorğumuza cavab olaraq bildirdi ki, platforma səviyyəsində ifrat yüklənməyə yol verilməməsi, sərnişinlərin platformaya nizamlı daxil olması və digər məsələlər xüsusi olaraq nəzərə alınır. Sözügedən stansiyada müxtəlif günlərdə sərnişin axınından asılı olaraq orada müxtəlif vəziyyət müşahidə oluna bilər.
Qatarların arasındakı intervalın azaldılmasına gəlincə isə qurum rəsmisi bildirib ki, hazırda stansiya yolunda təmir işləri getdiyindən interval mövcud vəziyyətə uyğundur: “Orada qatarlar məkiş, yəni o baş-bu baş prinsipi ilə işləyir. Xətlər ayrılandan sonra həmin sahədə minimal intervalın tətbiqindən danışa bilərik. Hazırda Cəfər Cabbarlı stansiyasının bir yolunda təmir işləri aparıldığından interval mövcud vəziyyətə uyğundur. Təmir işləri başa çatandan sonra intervalın sərnişin axınından, onun dinamikasından və digər məsələlərdən asılı olaraq azaldılması nəzərdə tutulub.
Hazırda Cəfər Cabbarlı stansiyasının bir yolunda təmir işləri davam edir. Bu ilin sonuna qədər stansiyada qaba inşaat adlandırdığımız mərhələ başa çatdırılacaq. Gələn il üzləmə, infrastrukturla bağlı yeniliklər də daxil olmaqla qurulma və metropolitenin normativ tələblərinə uyğun təmin olunması ilə bağlı işlər həyata keçiriləcək”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...