"Məni ölümlə hədələyiblər" - Afaq Gəncəli
"Qalmaqalın içindən çıxırdım ki, ora düşməyim. İndi verilişim yoxdur deyə başım sakitdir. Amma hazırlaşıram. İmmunitetim hazırdır. Bütün sinir sistemim pisləşmişdi. Elə səhhətimdəki problemlər bundan sonra yarandı. Hər verilişdən sonra zənglər gəlirdi ki, bunu və bunları niyə efirə verdiniz?"
Bu sözləri aparıcı Afaq Gəncəli "10-da görüşək" verilişdə qonaq olarkən deyib. O, aparıcısı olduğu maqazin proqramına görə ölümlə hədələndiyini açıqlayıb:
"Uzağa getməyək, Türkiyə və Rusiyanın maqazin verilişlərinə baxanda hamımız deyirik ki, nə gözəldir, ulduzların şəxsi həyatından tutmuş, villasını, qarderobunu, evində çalışan işçisinə qədər hər şeyini göstərirlər. Hamıya bunlar maraqlı gəlir və onlardan danışırlar. Sıra gəlir, çatır bizə... İnsanlıq halı, hər birimizin həyatında nələrsə baş verə bilər. Biz insanıq, ikinci dəfə də ailə həyatı da qura, evimizdə hər şeyi də göstərə bilərik. Bizdə hər şey təəccüb və heyrətlə qarşılanır və dərhal "olmaz" sözü deyilir. Əgər biz hər şeyi olduğu kimi, normal qəbul etsək... Real həyatda hamımız hər şeyi artıqlaması ilə ifratına qədər belə qəbul edirik. Amma sıra təqdimata gəlib çatanda "aydan arı, sudan duru" məsələsi ortalığa çıxır. Sənin abırın imkan vermir ki, ona deyəsən ki, ay insan bu axı belə deyil... Amma o utanmır sənə desin ki, bu belə deyil. Çox çətin məsələlərdir. Hətta mənə zəng vurub, ölümlə hədələyiblər. Sən çıxıb bunu desən, biz səni öldürəcəyik. Bu, boş söhbətlərdir".

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...