"Nizami rayon hərbi komissarı müayinə kağızını cırıb atdı ki, "turp kimisən" - ÖZBAŞINALIQ!
Abdullayev Paşa Ramiz oğlu 2001-ci il təvəllüddür. O, oktyabrın 1-də həqiqi hərbi xidmətə çağırılıb. Bu məqsədlə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nizami rayon hərbi komissarlığında müayinədən keçib. Anaxeber.info bildirir ki, Paşa Abdullayev həkim müayinəsində olarkən ondan səhhətində hansı şikayətlərinin olub-olmaması soruşulub. O da təzyiq problemindən əziyyət çəkdiyini bildirib. Əlavə edib ki, xüsusən gecələr təzyiq onu narahat edir. Həkim də müayinə kağızı yazaraq təkrar müayinədən keçməyi tapşırıb ki, konkret diaqnoz qoyulsun və təkrar müayinəyə gəlsin. Paşa Abdullayevin sözlərinə görə, bir qədər sonra hərbi komissar özü gəlib və soruşub ki, bu müayinə kağızına səbəb nədir. O da deyib ki, təzyiq problemindən çox əziyyət çəkir, qıcolma halları var. Lakin hərbi komissar onu ətraflı dinləmədən, təkrar müayinənin nəticəsini gözləmədən, təzyiq, qıcolma hallarından əziyyət çəkdiyinə qulaq asmadan həkimin verdiyi kağızı cırıb atıb və deyib ki, "turp kimisən", yəni sağlam bir adamsan, oktyabrın 2-də hərbi hissəyə göndəriləcəksən. P.Abdullayev hərbi komissarın bu hərəkətini anlaşılmaz hesab edir. O, komissarın nə üçün müayinəsiz belə qərar verdiyini qəbul etmir. Ona görə də Dövlət Xidmətinin yeni rəhbərliyindən bu məsələnin nəzarətə götürülməsini xahiş edir. Narazı qalan çağırışçı qeyd edir ki, təkrar müayinə aparılsın, nəticə məlum olsun, ondan sonra əsgərliyə aparılıb-aparılmayacağı müəyyən oluna bilər.
Anaxeber.info

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...