“Allahdan arzum budur, ana olmaq hissini mənə yaşatsın“
Həbsdən çıxan müğənni Dəniz Seki “BeStyle” dərgisinə müsahibə verib
Məlumata görə, ifaçı şəxsi həyatına və keçirdiyi çətin günlərinə aid açıqlamalar verib. Dəniz sevgilisi Faruk Salmanı çox sevdiyini etiraf edib:
“Keçmişə dönüb baxmıram belə. Mən ötn günlərimi rəfə qaldırdım. Hamımız sabahımıza baxmalıyıq. Eşqin tərifini verə bilmərəm. Ancaq mahnılar yaza bilərəm. Eşq insanı bir tərəfdən əzablara sürükləyər, digər tərəfdən göyə qaldırar. Farukla yaşadığım məhəbbət mahnılarımda gizlidir. Gündən-günə analıq həsrəti ilə yanıram. Allahdan bu möcüzəni mənə yaşatmasını istəyirəm”.
Seki həbsdəki həyatı ilə indiki həyatını da müqayisə edib:
“Cənnəti də, cəhənnəmi də yaşadım. Alovlanıb yandım. Ağlamaqdan yatmadığım gecələrim olub. İndi üzümə krem sürtüb gözəl libaslar geyinirəm. Yaxtaya minib dəniz səyahətinə çıxıram. Ayağımda par-parıldayan ayaqqabım var. Studiyaya girib mahnılarımı avaz-avaz oxumaq üçün azadlığım var”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək