SON DƏQİQƏ
XalqXeber.Az » Şou-Biznes » Sezon finalları niyə qəza səhnəsi ilə bitir? - Seriallarla bağlı bütün suallara cavab

Sezon finalları niyə qəza səhnəsi ilə bitir? - Seriallarla bağlı bütün suallara cavab

Tarix:

1-09-2023, 21:00

/ 1 540 dəfə oxundu.
Sezon finalları niyə qəza səhnəsi ilə bitir? - Seriallarla bağlı bütün suallara cavab

Türkiyədə serial, film və reklam çəkilişlərində texniki heyətdə çalışan Yener Yalçın sosial şəbəkələrdə fenomen olub.
Ölkə.Az xəbər verir ki, o, sosial şəbəkələrdən gələn sualları cavablandıraraq qısa zamanda özünə izləyici kütləsi toplaya bilib. 

Həmin sual cavablardan bəzilərini təqdim edirik:
- Aktyorlar seçilərkən sosial şəbəkə paylaşımlarının hamısına baxıldığı deyilir. Bu, doğrudurmu?
- Bunun ən böyük səbəbi odur ki, daha sonra paylaşımlar üzə çıxarsa, xalq  “Onu necə layihəyə götürmüsünüz”, “bizim pullarımız kimlərə gedir” deyərək üsyan etməsin, boş-boş tənqidlər başlamasın. Hətta texniki heyətdə olsam da, bəzi layihələrdə iş görüşü zamanı mənə belə deyirlər ki, çox tənqidi paylaşımlar etmisənsə, gözdən keçir. Bizə deyirlərsə, deməli, aktyortlara da deyirlər. Acı olsa da, gerçəkdir.
- Cənazə səhnələrində Quran oxuyan molla həqiqi molladır, yoxsa mollanı canlandıran aktyorun səsi dublyaj olunur?
- Agentliyə deyirsən ki, bizə cənazə səhnəsi üçün molla lazımdır. Onlar da etiqadı ən güclü olan adamı göndərir. Ona cübbə geyindirib papaq taxanda fatihəni də bilirsə, əla molla olur. 

- İmkanlı şəxs obrazını canlandıran sənətçilərin  yemək saatı gələndə tabldot üçün sıraya girməsi qəribədir...
- Bir dəfə belə bir şey baş vermişdi: “Payitaht Abdülhamit” serialındakı bir səhnədə Azərbaycanın ən zəngin iş adamlarından biri Hacı Zeynalabdin Tağıyev qonaq olur. Deyəsən, Tağıyevi canlandıran aktyor da o qədər oliqarx görünüşlü biri deyildi, dişlərində problem vardı. Bütün Azərbaycan türkləri bundan narazılıq edirdi. “Ağzında dişi yoxdur, heç Tağıyevi belə adamın canlandırması düzgündürmü?!” deyirdilər. Yəni belə şeylər var. Aktyorlar varlı insanı canlandırır deyə, onların da imkanlı olmasını gözləyə bilməzsiniz. 

- Bəzi səhnələrdə obrazları danışır kimi görünsə də, yalnız musiqi verilir. Həmin səhnələrdə aktyorlar doğrudan da danışırlar, yoxsa elə görünməyə çalışırlar?
- Bəli, danışırmış kimi edirlər. Çünki ssenaridə də “səs yoxdur” yazılır. Aktyorlar da havadan-sudan danışır. Bəzən də aktyorlar səhnəyə uyğun şeylər danışmağa çalışırlar.
Səs-küylü yerlərdə isə çəkilişlər zamanı səsi yazmaq mümkün deyil. Tutaq ki, bir restoran səhnəsidir və oğlan qıza sevgisini etiraf edəcək. Təbii ki, çəngəl-bıçaq, yardımçı aktyorların səsindən biz o səsləri eşidə bilmirik. Belə olan halda restorandakı digər aktyorlara “danışırmış kimi edin” deyirik. Bu ona görə lazımdır ki, əsas rolların səsini təmiz yaza bilək.
- Yəqin ki, ağlama səhnələrində xüsusi damcıdan istifadə olunur. Bəs yaxın planda həqiqətən ağlayan aktyorlar hansı üsuldan istifadə edir. Rejissor aktyor ağlayana qədər gözləyirmi?
- Bəzən rejissor aktyor ağlayana qədər gözləyir.  Məsələn, aktyorlar “bu səhnə bir az duyğusaldır, mənə bir az icazə verin özümü toplayım” deyir. Sonra çəkilişlər vaxtı təbii olaraq ağlayır. Bu, 50% təşkil edir. Adətən, belə olur. Aktyor sözünü deyir və ağlamaq lazım olduğu anda onun gözünə dərhal damcı tökülür. Səhnə bir neçə saniyəlik kəsilir və sonra o roluna davam edir.

- Serial və ya film çəkilişləri zamanı evin, villanın ya da maşının sahibi çəkilişlər bitənə qədər çəkiliş yerində gözləyirmi?
- Bəzən gözləyir, bəzən isə yox. Məsələn, reklam çəilişlərində biz ev sahiblərini görmürük. Firma kimi bu evləri icarəyə verən insanlar var. Amma ev sahibi ilə qarşılaşdığımız anlar da olur. Bir dəfə çəkilişə getmişdik. Evin həyətindəki hovuzda çəkiliş aparırdıq. Ev sahibi də oyanıb səhər yeməyini yeyə-yeyə pəncərədən bizi izləyirdi. 
Bir dəfə də reklam çəkilişi vaxtı bizə maşın verən şəxs vardı. Çox zəngin idi, maşın qalereyası vardı. Çəkilişlər ona maraqlı gəldiyi üçün milyonluq maşını özü gətirib gəlmişdi. Sonra yarısında əsəbiləşdi. “Sizə də..., çəkilişə də...” deyib maşını götürüb getmişdi. İşlər yarımçıq qalmışdı. Adətən, çəkiliş vaxtı mülk sahibləri ilə onlar şahzadəymiş kimi davranırıq.
Fotoda Yener Yalçın

- Serial çəkilişlərində həqiqətən görüntülü zəng etmək yerinə nə üçün telefona  əvvəlcədən çəkilmiş video verilir?
- Təbii ki, rahat olsun deyə. Çünki telefon səhnələri rahatdır. Bir nəfər telefonla danışır və qarşısına kamera qoyub çəkirsən. Əgər sizin dediyiniz kimi çəksək, ayrı-ayrı məkanlara iki çəkiliş heyəti getməlidir. Eyni anda bütün komandanın eyni işləri görməsi lazımdır. Bu həm çətin, həm də mənasızdır. Aktyor telefonla danışarkən kənardan bir nəfər ona cavab olaraq deyiləcək sözləri deyir. Sanki qarşı tərəfdəki adam danışır. Danışan tərəflərdən ilkini çəkmək rahatdır. İkinci tərəf əgər ssenaridə dəyişiklik edirsə, əlavə söz deyirsə, səhnədə qarışıqlıq və uyğunsuzluq ola bilər. Buna diqqət yetirmək lazımdır.
- Aktyorlar, aktrisalar bütün mətni əzbərləyir, yoxsa suflyordan istifadə edir?
- Reklam filmlərində mətn qısa olur və əzbərləyirlər. Adi film zamanı da bunun üçün xüsusi çalışırlar, əzbərləmə məşqləri olur. Amma seriallarda hər həftə 150 səhifəlik ssenari gəlir.  Təbii ki, bu qədər böyük ssenarini əzbərləyəcək şəxs dünyada yoxdur. Ona görə də aktyorlar, sadəcə, öz deyəcəkləri sözləri əzbərləyirlər. Sadəcə, qarşı tərəfin deyəcəyi sözlərdən özləri üçün xüsusi nöqtələrə diqqət yetirirlər ki, həmin sözü eşidəndə qarşılıq olaraq cavab versinlər. Hətta bəzən fasilə zamanı aktyorlar bir-birindən soruşur ki, bu seriyada sənin başına nələr gələcək. Çox aktyor bir seriyanın bütöv ssenarisini başdan-ayağa oxumur.
- Film və seriallarda xidmətçi rolundakı aktyorlar həqiqətən xidmət edirmi?
- Təbii ki, yeməkləri başqa bir heyət hazırlayır. Aktyor və ya aktrisa, sadəcə, çəkiliş başladığı anda - məsələn: çayı gətirir, çəkiliş dayananda boşqabları və s. çəkiliş heyəti aktyorun əlindən alır. 

- Sosial şəbəkələrdə yazılan tənqidlərə görə ssenaridə dəyişiklik edilirmi?
- 99.99% olur. Eşq mövzulu seriallarda, məsələn, sosial şəəkələrdə “baş rolla o qız yox, digəri sevgili olsa, daha çox yaraşardılar” yazırlarsa, sonradan ssenari dəyişdirilir. Mənim hiss etdiyimə görə, bu cür dəyişikliklər baş rolun əhvalını korlayır. 
- Serialların sezon finalında qəza səhnələri insanları maraqda qoymaq üçündür?
- Yox. Tutaq ki, serialda maşın çevrilir və qəza olur. İzləyicilər kimin öldüyünü bilmir. Əgər kim növbəti sezon üçün qonorarının artırılmasını istəyirsə, o ölür. Ya da kim çəkilişlər zamanı problem yaradıbsa, kim çəkilişlərə ən çox gecikirsə, qəzada həmin şəxs ölür. 
"Sakarya Fırat" serialında Osman Sınav təxminən 5 həftədə bir aktyorları mağaraya doldurub partlayış səhnəsi çəkirdi. Əgər narazılıq edirsənsə, partlayışda ölürsən, şikayətin yoxdursa, sağ çıxırsan. Bu daha çox “production” ların cibinə hesablanıb.

Şərhlər

XƏBƏR LENTİ