SON DƏQİQƏ
XalqXeber.Az » Şou-Biznes » Vaxtsız ölümlər, geridə qalan suallar... - Fotolar

Vaxtsız ölümlər, geridə qalan suallar... - Fotolar

Tarix:

12-08-2023, 10:00

/ 1 485 dəfə oxundu.
Vaxtsız ölümlər, geridə qalan suallar... - Fotolar

Məşhur insanların ölüm səbəbləri hər zaman diqqət çəkib. Çünki insanlar çox vaxt onların vəfatını birmənalı qarşılamayaraq müxtəlif fərziyyələr irəli sürüblər.
“Qafqazinfo” dünya sənət insanlarının hələ də sual doğuran ölümlərini təqdim edir:
Dost Holli (1959-cu il, 22 yaş)

"Crickets" qrupunun üzvü, sonra isə solo ifaçısı olan kostyumlu, eynək taxan Holli 50-ci illərin inkişaf edən rok səsi olub. Onun fərqli vokal üslubu və hitləri bütün onilliyin simvolu hesab edilib. O, 3 fevral 1959-cu ildə 22 yaşlı həmkarları Big Bopper və Ritchie Valens ilə birlikdə təyyarə qəzasında faciəvi şəkildə həlak olub. Qəzadan sonra Don McLean ona "Amerikan Pie" hitini ithaf edib. Bu, "Musiqinin öldüyü gün" adlanırdı. Müğənninin vəfat xəbəri uzun müddət dünya gündəmini zəbt edərək onun məqsədli şəkildə öldürülməsi kimi tirajlanıb.
Cimi Hendriks (1970-ci il, 27 yaş)

27 yaşında vəfat edən Hendriks ölümündən sonra "gitara tanrısı" adlandırılmağa başlayıb. Rok tarixinin ən təsirli musiqiçilərindən biri olan amerikalı gitara virtuozu, müğənni, bəstəkar mədəniyyət simvolu idi. Gitara ifa etməyi təkbaşına öyrənən sənətçi solaxay gitaraçı olduğu üçün simləri arxaya taxılmış gitaradan istifadə edib.
1970-ci il sentyabrın 18-də London otelinin döşəməsində ölü tapılıb. Onun həddindən artıq içki və yuxu dərmanından öldüyü güman edilir. Lakin ölümü bu gün müəmmalı qarşılanır. 
Kurt Kobeyn (1994-cü il, 27 yaş)

1994-cü ildə 27 yaşında intihar edən "Nirvana" qrupunun solisti Kurt Kobeynlə bağlı fərziyyələr bitmir. Kurtun intihar etmədiyi və öldürüldüyü deyilir. Bunu iddia edənlərdən biri də yazıçı və kinorejissor Yan Halperin olub. 90-cı illərdən müğənninin ölümünü araşdıran müəllif yeni kitabında onun öldürüldüyünə dair dəlilləri olduğunu iddia edib. Lakin hadisə ciddi şəkildə araşdırılmayaraq intihar faktı kimi qiymətləndirilib.
Mayk Cekson (2009-cu il, 50 yaş)

Məşhur pop kralı Maykl Ceksonun ölümü fərqli söz-söhbətlərin ortaya çıxmasına səbəb olub. Bu günə kimi insanlar bu mövzuda hər gün yeni bir xəbərlə oyanırdılar. Məşhur popçunun ölümü ilə əlaqədar sirlər hələ də mövcuddur. Maykl Ceksonun öldüyü və ya öldürüldüyü barədə bir çox versiyalar var. Onun son vaxtlar səhhətində problemlərinin olması bu söz-söhbətlərə bir qədər su səpir. 
Səsi və rəqsi ilə dünyanı özünə məftun edən M. Ceksonun 25 iyun 2009-cu ildə yataq otağında həkimi Murrayın yanında vəfat edib. İstintaq tibb testlərinin nəticəsinə görə Cekson güclü ağrıkəsici sayılan "propofolu" ölümcül dozada qəbul etdiyinə görə ölüb.
Emi Uaynhaus (2011-ci il, 27 yaş)

Ginnesin Rekordlar Kitabına düşən müğənni Emi Uaynhaus 2011-ci il 27 yaşında alkoqol zəhərlənməsindən vəfat edib.
Qərb mətbuatının "kokain şahzadəsi" adlandırdığı Emi hələ 2008-ci ildə xəstəxanaya düşüb və ona ciyər emfizeması diaqnozu qoyulub.
2006-cı ildə çıxan "Back to Black" albomuyla 5 Qremmi, 2007-ci ildə "Ən yaxşı britaniyalı qadın ifaçı" kimi "Brit Awards mükafatı almış" Uaynhaus haqda film də çəkilib. 
Qeyd edək ki, ölümlərilə insanlar arasında birmənalı qarşılanmayan məşhurlar sırasında Merlin Monro, Elvis Presli, Brus Li, Şahzadə Diana, Uitni Hyuston da var.

Şərhlər

XƏBƏR LENTİ