SON DƏQİQƏ
XalqXeber.Az » Şou-Biznes » Azərbaycanın Ermənistana qarşı ərazi iddiası yoxdur

Azərbaycanın Ermənistana qarşı ərazi iddiası yoxdur

Tarix:

2-08-2023, 12:18

/ 1 336 dəfə oxundu.
Azərbaycanın Ermənistana qarşı ərazi iddiası yoxdur

Avqustun 1-də “Euronews” telekanalınin “Qlobal dialoq” proqramında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Suşa şəhərində kanalın beynəlxalq müxbiri Aneliz Borjeslə müsahibəsi efirə verilib. Dünyanın əksər ölkələrində yayımlanan “Euronews” telekanalında göstərilən müsahibə geniş ictimaiyyət tərəfində böyük maraqla qarşılanıb.
Prezident İlham Əliyev müsahibəsində ölkəmizin mövqeyini bir daha nümayiş etdirib.  Azərbaycan – Ermənistan arasında danışıqlar prossesinə ətraflı toxunan ölkə başçısı Brüssel görüşlərindən danışıb. Qeyd edib ki, danışıqların Avropa İttifaqının paytaxtında keçirilməsi Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü olub və ölkəmizin rəhbəri bu dəvəti qəbul edib. Çünki Avropa İttifaqının həm Azərbaycan, həm də Ermənistan ilə  sıx əməkdaşlıq əlaqələri vardır və buna görə də Avropa İttifaqının bu işlərdə fəal olması təbiidir. “Düşündüm ki, Avropa İttifaqı ən yaxşı vasitəçi ola bilər, çünki bizim onunla münasibətlərimiz qarşılıqlı hörmətə, etimada və maraqlara söykənir. Bir sözlə, həmin təşəbbüs hazırda çox fəal dialoq formatına çevrilir, çünki biz təkcə Brüsseldə deyil, həmçinin Avropa Sülh Təşəbbüsü çərçivəsində də görüşürük. Sonuncu dəfə bu görüş Kişineuda baş tutdu. Bunu vacib hesab edirəm, çünki vəziyyətin durğun olmasına imkan vermirik, çünki durğunluq yaranarsa, onda biz hər hansı təhlükəli ssenaridən sığortalana bilmərik”, - deyə Prezident İlham Əliyev bildirib.
Dövlət başçısı bildirib ki, bu görüşlər bizə çox həssas məsələlərə toxunmaq imkanını verir: “Məsələn, sərhədlərin gələcək parametrləri - Ermənistanla Azərbaycan arasında sərhəd müəyyən olunmayıb. Çünki Sovet İttifaqı süquta uğradıqdan dərhal sonra biz həmin təcavüzlə üzləşdik. İndi sərhəd necə olacaq? Yerlərdə real vəziyyət necə olacaq? Kommunikasiyalarla bağlı vəziyyət necə olacaq? Axı İkinci Qarabağ müharibəsi nəticəsində Ermənistanın imzaladığı sənəddə onun öhdəliyi var ki, bizim Naxçıvan kimi eksklavımıza çıxışımız olsun. Lakin bu, hələ də baş vermir”.

Prezident İlhan Əliyev müsahibəsində Azərbaycan və Ermənistan arasında sülh danışıqları ilə bağlı növbəti açıqlamasını verərək bildirib ki, “Əgər Ermənistan ərazi bütövlüyümüzü mübahisələndirən bütün iddialarını kənara qoysa, onda biz tezliklə sülh variantını tapa bilərik”.
 Hazırda sülh sazişinin əsas bəndləri nazirlər tərəfindən tərtib edilir. Dövlət rəhbərlərinin görüşləri isə yaxşı mühit yaradır. Vurğulanıb ki, əgər  Ermənistan tərəfindən konstruktiv yanaşma olsa, onlar Azərbaycanın ərazi bütövlüyünü mübahisələndirən bütün iddialarını kənara qoysalar bu ilin sonunadək sülh variantı tapıla bilinər.

Cənab Prezident müsahibəsində bildirib ki, ölkəmizin Ermənistana qarşı hər hansı bir ərazi iddiaları yoxdur. Dövlət başçısı bildirib ki, Ermənistan sülh istəyərsə, biz ona nail olacağıq: “Çünki bizim Ermənistana qarşı hər hansı bir ərazi iddialarımız yoxdur. Biz onların da Azərbaycana qarşı ərazi iddialarının olmamasını istəyirik”.

 “Euronews” telekanalına müsahbəsində Prezident İlham Əliyev həm də Ermənistandakı ermənilərə müsaj ünvanlayaraq bildirb ki, biz onların dövləri ilə sülh istəyirik.
 “Onlara digər mesajım ondan ibarətdir ki, hazırkı geosiyasi vəziyyəti və qüvvələr balansını aydın dərk etmək lazımdır. Uzun illər ərzində Ermənistan liderləri öz xalqını inandırırdılar ki, onlar dünyanın ən güclü ordusuna sahibdirlər, əgər müharibə başlasa, onlar Bakıya çatacaqlar. Müharibə bu hekayələri məhv etdi. Biz nə bu gün, nə də gələcəkdə daha bir müharibə istəmirik. Qarabağdakı ermənilərə gəlincə, onlar qondarma liderlərinin arxasınca getməməlidirlər. Bu liderlər onlara daim yalan danışıblar. Qarabağ erməniləri başa düşməlidirlər ki, təhlükəsizlik təminatları, hüquqlarının, o cümlədən təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının təmin edilməsi ilə Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq onlar normal həyat yaşayacaqlar. Onlar daha manipulyasiyanın girovu olmayacaqlar. Düşünürəm ki, onlar dinləsələr, məni anlayacaqlar. Onlar bilirlər ki, mən öz sözümə əməl edirəm”, - deyə Prezident İlham Əliyev bildirib.
  Ölkə başçısı öz müsahibəsində 44 günlük Vətən müharibəsindəki Şanlı Qələbəyə xüsusi olaraq toxunaraq bildirdi ki, “Müharibədə qalib gəlmək mənim həyatımın, siyasi həyatımın missiyası idi və o uğurla başa çatdı. Biz müharibədə qalib gəldik”.
“Biz ədaləti və ərazi bütövlüyümüzü bərpa etdik. Ermənistan sülh istəyərsə, biz ona nail olacağıq. Çünki bizim Ermənistana qarşı hər hansı bir ərazi iddialarımız yoxdur. Biz onların da Azərbaycana qarşı ərazi iddialarının olmamasını istəyirik. Qarabağda, hazırda müvəqqəti olaraq rusiyalı sülhməramlıların nəzarəti altında olan ərazidə yaşayan insanlar Azərbaycanda yaşayırlar. Onlar ölkəmizdəki digər çoxsaylı milli azlıqlar kimi Azərbaycan vətəndaşları olaraq yaşayacaqlarına, yoxsa Azərbaycanı tərk edəcəklərinə dair seçim etməlidirlər”, - deyə Prezident İlham Əliyev bildirib.
 
 
İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Şərhlər

XƏBƏR LENTİ