SON DƏQİQƏ
XalqXeber.Az » Şou-Biznes » Zaur Elza məsələsində Laləyə söz atdı

Zaur Elza məsələsində Laləyə söz atdı

Tarix:

9-07-2023, 16:20

/ 881 dəfə oxundu.
Zaur Elza məsələsində Laləyə söz atdı

Xəbər verdiyimiz kimi, Əməkdar artist Elza Seyidcahanın Azərbaycan Yazıçılar Birliyinin üzv seçilməsi ətrafındakı qalmaqal günlərdir davam edir.

Xalqxeber.az Axşam.az-a istinadən məlumatına görə, hətta bundan sonra yazar Mürvət Qədimoğlu Həkəri qurumdan istefa edib. Elzanın qonaq olduğu "Zaurla Günaydın" səhər şousunda bu məsələ müzakirə edilib.

Aparıcı Zaur Baxşəliyev şairlə Elza arasında "Təsir dairəsi" verilişində yaşananlara söz atıb. O, "Maraqlıdır ki, Elza xanım, siz Bəstəkarlar İttifaqlarının üzv seçiləndə heç kim danışmadı, amma Azərbaycan Yazıçılar Birliyinə (AYB) üzv seçiləndə hamı danışdı” sözlərini deyib.

Seyidcahanın "Şairləri yaşadan biz bəstəkarlarıq. Bir bilsəniz nə qədər şairlər məni görəndə kitablarını xahiş, minnətlə verirlər ki, oxuyun. O həmin şairlərdir ki, efirdən məni tənqid edirlər" sözlərinə Zaur "Sən xəstələri də sağaltdın, xəbərin var (Mürvət Qədimoğlunu nəzərdə tutur. Şair bir müddət əvvəl avtoqəza keçirib və hazırda  səhhətində problemlər var – red.)" reaksiyasını verib. 

Elza isə "Ürəyim ağrıdı o xəstəyə ki, onu verilişə elə geyimdə çıxartmışdılar. Heç olmasa o kişini də şair paltarında çıxarardılar. Yataq geyimində efirə çıxardıblar ki, Elzaya bu sözləri denən" cavabını verib.

Qeyd edək ki, Mürvət Qədimoğlu “Təsir dairəsi” verilişinin canlı efirinə videozəng edərək “Elza xanım siz gözəl müğənni və bəstəkar ola bilərsiniz amma yaxşı şairlərin qapısının kəndarında dayana bilmərsiniz. Siz, onları təhqir edirsiniz” sözlərini deyib. 

Şərhlər

XƏBƏR LENTİ