SON DƏQİQƏ
XalqXeber.Az » Şou-Biznes » Pərvin küsdüyü nişanlısı ilə barışdı: "İndi görək nə olur"

Pərvin küsdüyü nişanlısı ilə barışdı: "İndi görək nə olur"

Tarix:

26-01-2017, 11:20

/ 2 510 dəfə oxundu.
Pərvin küsdüyü nişanlısı ilə barışdı: "İndi görək nə olur"

Aktrisa Pərvin Abıyeva şəxsi həyatından söz açıb.

Sənətçi nişanlısı ilə yenidən barışdığını bildirib:

"Xeyir olacaqdı yatdı, sonra yenidən dirçəldi. İndi görək nə olur. Toyun mediaya açıq və qapalı olmasını hələ düşünməmişəm, oturub qərar vermək lazımdır.

Nə olur olsun xarakterim dəyişmir. Bəzi vaxtlar olur ki, durğunlaşıram. Amma hər zaman olduğu kimi mən çılğınam. Bir söz deyim, əvvəl xəbərləri oxuyub əsəbiləşirdimsə, indi çox sakit qəbul edirəm. Yaydan bəri qəti qərara gəldim ki, çıxan xəbərləri oxumayacam".

Aktrisa bu yaxınlarda çəkilişi başa çatan "Gecə qonağı 2" filmindən də danışıb:

"Çəkilişlər bir ay olar ki, bitib. Fikrimizdə var idi ki, aprel ayında qalasını edək. Sadəcə montaj işləri uzandığına görə, həm də bir neçə film təqdim olunduğu üçün oktyabr ayına saxladıq. Obrazda dəyişiklik yoxdur. Zara Zara olaraq qalıb. Sadəcə olaraq filmə görə saçlarımı kəsdirmişəm".

Şərhlər

XƏBƏR LENTİ