"Bəyəm "Baldır balam" mahnısında zərərli vərdiş təbliğ olunur?..." - Şəbnəmdən etiraz
Xəbər verdiyimiz kimi ,Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi zərərli vərdişlərdən istifadəni, tüfeyli həyat tərzini, mental dəyərlərimizə zidd olan davranışları təbliğ edən, aqressiv hərəkətlərə və özünəqəsdə sövq edən mahnıların siyahısını tərtib edib. Bu mahnılar sırasında müğənni Şəbnəm Tovuzlunun ifa etdiyi "Baldır balam" mahnısı da yer alıb.
Məsələ ilə bağlı ifaçı ilə əlaqə saxlamağa çalışdıq. İfaçının prodüseri Şəhanə İsmayılova Teleqraf.com-a "Baldır balam" mahnısında zərərli vərdişləri təbliğ edən ifadələrin olmadığını bildirib:
"Şəbnəm xanımın ifa etdiyi "Baldır balam" mahnısında zərərli hansı vərdiş təbliğ olunur ki?! Mahnıda "hallanmışam" və sair kimi sözlərdən istifadə edilmir, sadəcə "Baldır balam" deyilir. Mahnıda zərərli vərdiş aşılayan söz yoxdur".
Qeyd edək ki, siyahı "Mahnılarımız monitorinq aynasında" adlı kitabda öz əksini tapıb. Orada bir çox müğənnilərin adı çəkilib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...