Dədə Süleymanın oğlu: “Füzulidəki evi Nanəyə verdik”
Oktyabr ayında 83 yaşında vəfat edən Əməkdar artist Süleyman Abdullayevin (Dədə Süleyman) vəsiyyəti müzakirələrə səbəb oldu. Belə ki, onun aparıcı Nanə Ağamalıyevaya evini vəsiyyət etməsini pərəstişkarlarından bəziləri qeyri-real hesab etdi, bəziləri bunun mümkünsüzlüyünü bildirdi.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan sənətçinin oğlu Cümşüd Abdullayev sözügedən vəsiyyətin yerinə yetirildiyini bildirib:
“Hər şey yolunda getdi. Atam necə vəsiyyət etmişdisə, o cür də oldu. Füzulidəki ev Nanəyə verilib”.
Qeyd edək ki, Süleyman Abdullayev əslən Füzuli rayonunun Qoçəhmədli kəndindəndir. Qoçəhmədli kəndi 17 oktyabr 2020-ci ildə Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı nəticəsində işğaldan azad olunub. Ermənilərin xaraba qoyduğu Qoçəhmədli kəndinin inşasına hələ başlanılmayıb.Yenisabah.az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...