"Uşaqlar atasına nəsə deyəndə, evdə müharibə qopur"
"Həyat yoldaşımla uzaq qohumluq, tanışlıq var idi. Bir-birimizi uşaqlıqdan tanıyırdıq. Mənə deyirdi ki, sənin oxumağını sevmişəm. Hərdən deyirəm ki, heç bəlkə də, özümə deyil, sənətimə vurulmusan. Yoldaşımın ailəsi ziyalıdır. Onun əmiləri dövlət işində işləyirdilər. Bəxtim onda gətirdi ki, mənim sənət yolumu onlar işıqlandırdı. Çox dəstəkləyib, dayaq oldular".
Bu sözləri Xalq artisti Mələkxanım Eyubova "Düzünə qalsa" proqramında deyib. Xanəndə həyat yoldaşı, təqaüdə göndərilən polis polkovniki Xosrov Nəcəfovdan bəhs edib:
"Oxumağıma icazə verməsəydi, təbii ki, ailəmi seçəcəkdim. O da bunu gördü. Sonra mənə dedilər ki, nə biclik etmisən? O, mənə yaxşı mənada sərbəstlik verdi, mən də bundan istifadə etmədim. İçində bəlkə də qovruldu, qısqandı, öz-özünə deyindi, amma onu mənə bildirmədi. Həmişə də deyir ki, nə yaxşı səni bu sənətə qoydum, eybi yox, özüm əziyyət çəksəm də... Səhnədə həmişə rahat olmuşam. Düşünməmişəm ki, evə gedəcəm və qanımı qaraldan olacaq. Əvvəllər məni xarici ölkələrə səfərə qoymurdu. Sonra kimlə gedib-gəldiyimi də gördü, güvəndi.
Uşaqlar atasına söz deyə bilmirlər. Ölüm-dirim müharibəsi olur. Sonra dedim, nəbadə sözünüzü ona deyəsiniz, gəlin ancaq mənə deyin. Atalarından çox çəkinirlər".
Qeyd edək ki, X.Nəcəfov və M.Eyubov cütlüyünün 3 övladı var.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...