"Şəhidlərin ailələri çoxunuza heç maraqlı deyil" - Müğənnidən təhqirlərə CAVAB
"İnstagramda Şuşadan videolar paylaşmışam, bəziləri yazıb ki, sizi buraxırlar oralara, adi adamları yox".
Bu sözləri müğənni Nura Suri "Facebook" hesabında yazıb.
O, Şuşa səfərindən olan paylaşımlarını tənqid edən izləyicilərinə belə cavab verib:
"Mənim valideyinlərim Qarabağ uğrunda qəhrəmancasına döyüşüblər, qazidirlər, anam 2-ci qrup əlildir (döyüşdə yaralanıb). Bəli, buraları görmək mənim haqqımdır!Şuşanı görmək istəyənlər bilet alıb gedə bilərlər. Hər söhbətdə qazi və şəhid ailələrini bəhanə edib insanları zəhərləyənlər nə millətimizə, nə vətənə, nə də qazi və şəhidlərə hörmət qoymurlar. Şuşa hər zaman sənət mərkəzi olub. Mənim məşhur olmağım, müğənni olmağım bir kənara qalsın. Mədəniyyət nümayəndələrinə onsuz da bəziləriniz hörmət qoymursunuz. Qazilərə hörmətiniz var sizin guya? Mən də 2 qazi övladıyam Xanlar və Firəngiz Səttarovların övladıyam. Tanıyırsınız onları?!Çoxunuza heç maraqlı deyil qazilərin və şəhidlərin ailələri. Tanımırsız da, tanımaq istəmirsiniz də. Tanınmışlar arasında neçə şəhid və qazi övladları var. Hər məqamda söyürsünüz onları, təhqir edirsiniz. Ar olsun sizin kimilərə!"



Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...