XalqXəbər.Az

XalqXeber.Az » Şou-Biznes » "Özümdən utanıram" - Nisə Qasımova

"Özümdən utanıram" - Nisə Qasımova

"Özümdən utanıram" - Nisə Qasımova
29-07-2022, 15:28

 
"Məni tərifləməyin, özümdən utanıram. Sonra gedib evdə baxanda ağlayıram. Məni utandırmayın".


Bu sözləri Xalq artisti Nisə Qasımova "Xəzər axşamı" proqramında deyib. Müğənni onu tərifləyən ifaçı Cabbar Musayevə etiraz edib. 

N.Qasımova şou-biznesin plastik əməliyyatla gündəmə gələn simalarına da söz atıb:

"Kreativ sözü dəbdədir. İmic sözü dəbdə idi. hamı elə bilirdi ki, kirpiyi qaldırıb, saçı dəyişməklə imic olur. Bu gün elə bilirlər ki, nəsə əməliyyat etdirib, onu gündəmə gətirmək imicdir. Müəyyən insanların reklam xatirinə çəkdiyi görüntüdür. İncəsənət aləmində ağlı başında olanlar çalışırlar nəsə yeniliklər gətirsinlər: oxumaqları, geyimi, saçı, özəl dayanışı ilə".

Qasımova Azərbaycanda şou-proqrama gedən ilk sənət adamı olduğunu bildirib:

"O qədər yıpranmışdım ki... 1990-cı illərdə çalışdığım televiziyada işdən çıxarıldım. Mənə o qədər haqsızlıqlar oldu ki... İşdən aldığım maaşı mənə çox gördülər. Günəş saçlı, mavi, ala gözlü, gənclər arasında etalon görülən Nisə Qasımova elə məzlum idi, anamla birlikdə ağlamalı həyatım var idi. Gördüm evdə pul yoxdur. Bilirdim ki, restoranlarda müğənni oxuyur. Dedim, onlardan artıq deyiləm, mən də ya maaş aldım, ya da restoranda oxudum pul qazandım. Nə fərqi var ki... Türkiyəyə getmişdim, orada restoranda gördüyümü gəlib burada etdim. İlk ansambılla çıxmağı mən gətirdim".

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.