"Fədayə il duet oxuduğum üçün xanımım intihara cəhd etdi" - Tacir Şahmalıoğlu
ARB TV-nin “Onun Sirri” verilişinin növbəti qonağı müğənni Tacir Şahmalıoğlu xanımının intihara cəhdindən danışıb.
Xalqxeber.az xəbər verir ki, sənətçi həyat yoldaşının onu qısqandığı üçün intihar etmək istədiyini etiraf edib.
"Fədayə Laçınla duet ortaqlığımız yaranmışdı. İlk konsertimiz oldu. Dövlət televiziyasından gəlib duetlərimizi çəkdilər. Mən də efir vaxtını öyrəndim. Qardaşıma zəng edib dedim ki, ayın 10-u bizim evdə yığışaq, çəkilişə baxaq", - müğənni bildirib.
T.Şahmalıoğlu həyat yoldaşının özünü dəm qazı ilə boğmaq istədiyini bildirib:
"Heç ağlıma da gəlməzdi ki, həyat yoldaşım Fədayə ilə duet oxuduğum üçün qısqanar. Oturmuşduq, çəkilişə baxırdıq. Bir də gördük yoldaşım yoxdur.
Qardaşımın yoldaşı dedi ki, mətbəxdən qaz iyi gəlir. Yoldaşım mətbəxin qapısını içəridən bağlayıb qazı açmışdı, qapını qırdıq. Dəm qazından artıq zəhərlənirdi. Yoldaşımı oradan çıxardıq, tez müdaxilə etdik".

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...