Oğlu intihar edən müğənni özünü öldürmək istədi
Məşhur irlandiyalı müğənni Şineyd O'Konnorun 17 yaşlı oğlu intihar etdikdən sonra sənətçi də özünü öldürmək qərarına gəlib.
Xalqxeber.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə o sosial şəbəkədə yazıb. Onun bu sözlərindən sonra polisə gətirilən ifaçının ifadəsi alınıb və dərhal xəstəxanaya yerləşdirilib.
Hazırda psixoloji vəziyyəti ağır olan Şineydin bir müddət xəstəxanada qalacağı deyilir.
Qeyd edək ki, Şineydin oğlu Neviim də bir müddət öncə müalicə olunmaq üçün klinikaya yerləşdirilsə də, oradan qaçmışdı. Bundan sonra ifaçı sosial şəbəkə hesablarında onun itkin düşməsi ilə bağlı axtarış elan etmişdi. Yanvarın 8-də isə Neviimin cəsədi polis tərəfindən aşkarlanmışdı.
Xatırladaq ki, Şineyd özü də narkotik asılılığından əziyyət çəkdiyi vaxtlarda intihara cəhd edib. O, 2018-ci ildə İslam dinini qəbul edib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...