"Məni 10 dəfə boşayıblar" - Pişik Günel
"Çox təəssüf olsun ki, son zamanlarda qeyri-peşəkar jurnalistlər öz piarları xatirinə və yaxud saytlar" var ki, onlar öz oxucularının sayını artırmaq naminəmi tanınmış insanların haqqında yalan, yalnış, xoşagəlməz məlumatlar yazırlar. Doğru olmayan bir şeydir".
Bu sözləri ARB TV-nin "Gəlin danışaq" proqramına telefon bağlantısı ilə qoşulan müğənni Günel Ələkbərova deyib.
Onun sözlərinə görə bu insanlar jurnalist adına ləkədirlər:
"Biz nə qədər eşidirik ki, yalnış xəbərlərə görə, nə qədər evlərdə, ailələrdə problemlər yaranıb. Mən də belə problemlərlə heç də az üzləşməmişəm. Ona görə də çox istərdim ki, bir az vicdanlı olsunlar və yalnış xəbər yazmasınlar. Çünki oxucular da bəzən maraqlı başlıq görəndə girib oxuyurlar. Hətta o yazanın, jurnalist belə demək istəmirəm, amma o "jurnalistin" ağlında olan, mənəvi cəhətdən kasad olan insanlar, elə ona qoşulub şərhlər yazırlar. Amma bu düzgün deyil. Elementar bir şey də deyim ki, mən şəxsən İnstagram səhifəmdə bəzən hansısa şəkil paylaşıram, ondan özlərinə xəbər edirlər. Bəzən gülürəm, bəzən əsəbləşirəm. Ən çox əsəbləşdiyim yalan xəbər odur ki, artıq sağ olsun o qeyri-peşəkar jurnalistlər məni 10 dəfə boşayıblar. Mən onları vicdanlı olmağa çağırıram. Ya da əllərindən qələmi qoyub gedib dincəlsinlər. Çünki belə olmaz".

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...