Emin Ağalarov filmə çəkilir - VİDEO
Sankt-Peterburqda “Gecə növbəsi” filminin çəkilişlərinə start verilib.
Rusiya mətbuatına istinadən məlumata görə, ekran işi prodüser və rejissor Maryus Vaysberqin tanınmış “Böyük şəhərdə sevgi”, “8 ilk görüş”, “Hitler kaput!” trilogiyasının davamı olaraq çəkilir.
Vesti.az kinometro.ru-ya istinadən xəbər verir ki, əsas qəhrəman Vladimir Yaqlıç zavoddakı işini itirir, ailəsini saxlamaq üçün sinif yoldaşının striptizçi kimi çalışmaq təklifini qəbul edir. Həyat yoldaşından bu xəbəri gizlədən Vladimir nəticədə gülməli vəziyyətlərə düşür.
Yaqlıçla bərabər filmdə Pavel Derevyanko, Kseniya Teplova və başqaları yer alacaq. Rollardan birində müğənni Emin Ağalarov da çəkiləcək. Bu, Ağalarovun tammetrajlı filmdə debütüdür.
Komediya janrında olan filmin çəkilişləri Sankt-Peterburqda aparılacaq. Ekran işinin 2018-ci ildə təqdim edilməsi planlaşdırılır.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...