Abbas ikinci dəfə kiminlə evlənir? - Gəlinsiz toy
Əməkdar artist Abbas Bağırov subaylığın daşını atmaq qərarına gəlməsi haqda xəbər vermişdik.
Məlumata görə, müğənninin mayın 24-də toyu olması barədə xəbəri yayılsa da, sənətçi ayın 23-də nikah bağlayacaq.
Milli adət-ənənəyə uyğun olaraq iki toy olacaq. Qız toyu Gəncədə baş tutacaq. Oğlan məclisi isə Bakıdakı məşhur restoranların birində keçiriləcək. Bağırovun öz qohumu ilə münasibətini rəsmiləşdirəcəyi deyilir. İkinci toy gəlinsiz baş tutacaq.
Bu məqamda qeyd edək ki, bu, Abbasın ikinci nikahıdır. Onun birinci evliliyindən qız övladı var.
Bundan əlavə, əməkdar artistin mediada dəfələrlə nişanlanması barədə xəbər yayılıb, lakin sənətçi yayılan xəbəri qətiyyətlə təkzib edib.
Hətta Bağırov bir neçə gün bundan əvvələ kimi toy xəbərini belə yalanlayıb. O, big.az saytına açıqlamasında “O qədər bu barədə sual verdilər ki,.. Artıq mən də bezdim. Məcbur olub bu xəbəri təsdiqlədim. Xəbər çıxar-çıxmaz evdən zəng vurdular ki, qız evində toydur, oğlan evinin xəbəri yoxdur?” - deyə bildirib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək