“Akif İslamzadə kimi canlı korifeyin fəxri adı yoxdursa...” - ETİRAZ
“Bəzən zəhməti olan adamları ködgədə qoyurlar, heç yada da düşmür. Bax bu, adama qıcııq verir”.
Bunu fəxri adlarla bağlı fikirlərini bölüşərkən müğənni Nazim Pişyari Yenicag.az-a açıqlamasında deyib.
Müğənni bir çox məşhur sənətkarın bu dünyadan fəxri adsız köç etdiklərini təəssüf hissi ilə bildirib:
“Təbii ki, hər bir kəs əməyinin bəhrəsini görmək arzusundadır. Kimə fəxri adlar verilibsə, hamısını təbrik edirəm. Qoy alsınlar, sevinsinlər. Qismət olarsa, haçansa bizə də verərlər. Belə də ki, verərlər verərlər, verməzlər də Allah canlarını sağ eləsin. Hər halda, bu haqda həmkarlarımın fikirləri fərqli oldu. Mən buna normal baxıram. Verməyə qalsa İlqar Xəyal, Arzu Rzayev, Hüseyn Bakılı, Əli Mirəliyevə fəxri ad verərdim. Onların bu sənət aləmində zəhmətləri olub. Təəssüfki, bəzən zəhməti olan, illərlə sənət aləmində sözünü deyən adamları kölgədə qoyurlar, heç yada da salmırlar. Bax bu, adama qıcıq verir.
Hüseynağa Hadıyev, Anatollu Qəniyev və onlar kimi digər sənətkarlarımız olub ki, fəxri ad almadan dünyalarını dəyişiblər. Canlı korifeyimiz Akif İslamzadənin fəxri adı yoxdur. Sizcə, ona fəxri ad lazımdır? Adam çox gənc ikən səsini itirdi. Amma bu gün də oxuduqları hitdir, sevilərək dinlənilir. Mənim üçün bugünkü gündə fəxri ad heç nəyi kəsb etmir. Sadəcə ayda 100, 150 manat karta oturmaqdırsa, o ad mənə heç lazım deyil”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək