Rusiyada “vor-zakonlar” azərbaycanlı məşhuru girov götürdülər - SON DƏQİQƏ
Azərbaycan toylarının bəzəyi, sazı başı üzərində fırladaraq ifa edən Aşıq Mübariz adam vurub.
Məlumata görə Odessada toyda olan aşıq vurduğu kişinin qohumları olan “vor-zakonlar” tərəfindən girov götürülüb. Hadisə ilə bağlı aşıqla çətinliklə də olsa əlaqə yarada bildik və o, xəbəri təsdiqlədi:
“Bu barədə nə tez xəbər tutdunuz? Özüm hələ o günün dəhşətindən ayılmamışam. Şənbə günü toyda idim, sazı başımda fırladanda yanımdakı kişiyə dəydi. Arxada dayandığı üçün onu görməmişdim. Kişi ağridan huşunu itirdi. Tez onu məclisdən çıxardıb, təcili yardım maşını çağırdılar.
Ev yiyəsinin qohumu idi, həkim gələnə qədər onu özünə gətirə bilmədilər. Bir də gördüm ki, kişinin “vor-zakon” qohumları məni dartıb, direktorun otağına apardılar. Stulda oturdub, tapançanı başıma dirədilər. Dedilər, kişi özünə gəlməsə, qanın getdi. Allaha yalvardım ki, İlahi, möcüzə yarat, qürbətdə bunların əlində ölməyim. Allah üzümə baxdı, kişi özünə gəldi. Qorxudan ayaqlarım tutulmuşdu. Keçirtdiyim o stresdən sonra necə özümə gələcəm, bilmirəm”.
Yeniçağ.az


Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...