XalqXəbər.Az

XalqXeber.Az » Şou-Biznes » Səməd Səmədov toy sahiblərini aldadıb - VİDEO

Səməd Səmədov toy sahiblərini aldadıb - VİDEO

Səməd Səmədov toy sahiblərini aldadıb - VİDEO
6-05-2021, 16:15

"Həmin Zaur” proqramına qonaq olan müğənni Sevda Əliqızı Xalq artisti Səməd Səmədovu toy sahiblərini aldatmaqda ittiham edib.
Sənətçi keçmiş duet ortağının toylara başqa ifaçı apararaq, onun disklərindən istifadə etdiyini söyləyib:
“Eşitdiyimə görə Səməd Səmədov bəzi toylara gedərkən mənim yerimə başqa qız aparıb, mənim disklərimdən istifadə edib. Fikirləşib ki, orada məni tanımayacaqlar. Həmin yeni müğənni öyrənənə qədər bəzi toyları yola veriblər”.
Müğənni S.Səmədovla duet ortaqlığını niyə bitirdiyini də açıqlayıb:
“Biz Səməd müəllimlə 15 il duet oxuduq, amma sonra bəzi söz-söhbətlər olduğuna görə ayrıldıq. Deyildi ki, guya prodüser qalmaqal yaradıb. Düşünüblər Sevda artıq yaşlandığı üçün cavan bir kadr götürmək lazımdır ki, nə isə yenilik etsinlər. Amma hələ ki, yenilik görmürəm”.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.