Əməkdar artist onu tənqid edən jurnalistə hücum etdi
Əməkdar artist Mətanət İsgəndərli ilə jurnalist Əfruzə Ağayeva arasında münaqişə yaranıb.
ARB telekanalında "Bazar-düzü" proqramında qonaq olan jurnalistin "Vətənpərvərlikdən danışırsınız, amma müharibə vaxtı Türkiyədə konsert verdiniz" sözlərini deməsi Mətanət İsgəndərlini qəzəbləndirib.
Jurnalist bu sözlərdən sonra Əməkdar artistin ona hücum etdiyini deyib:
"Pandemiya ərəfəsində aztəminatlı ailələrə yardım edən müğənnilərlə bağlı sual ünvanlandı. Mən də bəzi sənətçilərin adlarını sadaladım. Mətanət İsgəndərlinin adını çəkmədim. Dedi, başına daş salmışam, mənim adımı niyə çəkmirsən? Cavab verdim ki, sizin xeyirxah bir əməlinizi görməmişəm. Hətta müharibə vaxtı Türkiyədə konsert verməyini xatırlatdım. Bundan sonra içindən cin çıxdı. Mənə hücum çəkib söyüş söydü. Rəhmətə gedən valideynlərimin ünvanına nalayiq ifadələr işlətdi. Hətta çölə çıxanda öz işçisinə deyir ki, get Əfruzəni döy. Bu nə tərbiyəsizlik, bu nə ağılsızlıqdır? İnsan niyə yaşına, başına hörmət etməsin ki? Buradan Mətanətə səslənirəm, süniliyə, pafosa ehtiyac yoxdur. Əsl kimliyinizi gəlniniz bütün ictimaiyyətə göstərdi, sakitləşin artıq".
O, bununla bağlı polisə şikayət edəcəyini deyib.(Yenisabah.az)

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək