Kardi B azərbaycanlılardan üzr istədi (FOTO)
Dünyaca məşhur ulduzlar Elton Con və Kardi B-nin Ermənistana dəstək paylaşımı Azərbaycanda sosial şəbəkə istifadəçilərinin hücumuna məruz qalıb.
Müğənni Eltonun erməni xalqına dəstək olması ilə bağlı qırmızı foto yayımlamasına Azərbaycandan on minlərlə şərh yazılıb. Hər kəs sənətçiyə terrora dəstək olduğunu yazıb, tarixi oxumasını məsləhət görüb. Bir gündən sonra isə Elton Con paylaşımını silib.
Ötən gün isə azərbaycanlılar Kardi B-nin İnstaqram, "Youtube", tvitter hesablarına #cardibsupportsterrorism həştaqı yayımlayıblar. Az keçmədən terrora dəstəkdə ittiham edilən müğənni hər kəsdən üzr istəyib və bunları əlavə edib:
"Mən terroru dəstəkləmirəm, bunu nə baş verdiyini araşdırmadan dostum üçün paylaşdım. Buna görə üzr istəyirəm. Müharibəni sevmirəm. İki ölkə arasındakı konfliktləri sevmirəm, bundan günahsız insanlar əziyyət çəkir".

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...