Türkiyənin “WediaCorp” şirkəti müğənnilərimizə 200 min dollardan çox pul “atdı”
Azərbaycanda bir müddətdir fəaliyyət göstərən Türkiyənin “WediaCorp” şirkəti ilə məşhur müğənnilər arasında qalmaqal yaşanıb. Belə ki, agentliyin Azərbaycan üzrə menecerləri sənətçilərin “YouTube” gəlirlərini mənimsəməkdə ittiham edilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisədən xəbər tutan şirkətin rəhbəri Funda Şən İstanbuldan Bakıya gələrək zərərçəkən sənətçilərlə görüşüb. Məlum olub ki, müğənnilər - Şəbnəm Tovuzlu, Türkan Vəlizadə, bəstəkar Ruslan Səfəroğlu və Nəfəs kimi bir neçə tanınmış simaların ümumilikdə 200 min dollardan çox pulu mənimsənilib.
Ən çox zərərçəkən isə Şəbnəm Tovuzlu olub. Dörd ildir çalışdığı şirkətin azərbaycanlı menecerləri tərəfindən müğənninin 100 min dollara yaxın pulu “yeyilib”.
“WediaCorp” direktoru Funda Şən məlumatı sayta təsdiqləyib. O, azərbaycanlı menecerlərlə əməkdaşlığa son qoyduğunu qeyd edib:
“Məlumat doğrudur. Azərbaycanda heç bir menecerlə işləməyəcəyəm. Hamısının mərkəzi ofislə əlaqəsini kəsdim. Ortada gəzib pul qazanan insanlardır. Rəqəmlər də doğrudur. 140-200 min dollara yaxın pul mənimsənilib. Çox olub ki, az olmayıb”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...