"Aygün məni bəyənib verilişimə gəlmir“ - Mikayıl Güləddinoğlu
"Üç-dörd müğənni var ki, "Sevimli şou" ilə tanınıb, ondan sonra ad aldılar. Amma indi deyirlər ki, verilişə gəlmirik”.
Bu sözləri tanınmış teleaparıcı Mikayıl Güləddinoğlu Xəzər telekanalında yaımlanan “5/5” verilişində qonaq olarkən deyib.
O vaxtilə onun verilişə gələn Aygün Kazımovanın indi gəlmək istəmədiyini bildirib:
"2011-ci ilin sentyabrında Aygün xanımla açılış etdik. İndi onlar bizim verilişə gəlmirlər. Fəxri adı olan bir müğənniyə yaxınlaşdım ki, qonaq gəl. Qayıtdı ki, başqa aparıcılar deyir, onun proqramına getsən, bizə gəlmə. Başqa bir ifaçı da eyni sözü deyib. Niyə? Adamyeyən var mənim verilişimdə?".
Aparıcı proqramın formatını dəyişəndə sponsorların da ondan imtina etdiyini açıqlayıb:
"İki il dəyişdim. Reytinq oldu 0,72. Sponsorlar getdi. Həmin ərəfədə Cahangir Cahangirov, Fikrət Əmirov musiqiləri səsləndirdim. Verilişdə Mixail Şoloxovdan, Rabindranat Taqor, Qabriel Qarsiya Markes danışa bilərəm. Amma tamaşaçı üçün maraqsızdır. Efirdə "daraq-duraq" edəndə 9 sponsorum var idi, reytinq qalxırdı hara".

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...