"Rövşanə bizdən aldığı pullarla 4-5 ailəyə kömək etsin” – Afət Fərmanqızı
- 1-04-2020, 18:03
- 3 291
Bu sözləri Musavat.com-a açıqlamasında müğənni Afət Fərmanqızı deyib.
O bildirib ki, yaxşılıq etməyin tərəfdarıdır: “Ətrafımdakılara kifayət qədər yardım edirəm. Rayonda yaşayan qohumlara hər ay pul göndərirəm. Tək müğənnilər deyil, başda Rövşanə xanım olmaqla elə aparıcılar, jurnalistlər da yardım etsin. 4-5 ailəyə baxıram. Əvvəl ətrafımızdakı imkansızlara kömək edək. Milyarder deyiləm, amma Allahın verdiyi ruzini paylaşa bilirəm. Kirayə verdiyim obyektimin kirayə pulunu karantin bitənə kimi almayacam. Çünki insnaların vəziyyətindən xəbərdaram.
Düzdür, bəzən yaxşılıqlarımızın qədrini bilmirlər, üzümüzə qayıdırlar. Bacım kimi sevdiyim, hər köməyi etdiyim insan o gün üzümə elə qayıtdı ki, ruhdan düşdüm. Amma özümə söz verdim ki, nə olsa da, yardımsevərlikdən əl çəkməyəcəm. İnsanları bir-birinə yardım etməyə səsləyirəm”.